Samsung Galaxy S25 smartfonlarının silikon keyslərinin fotoları ortaya çıxıb
Cihazlar+
05.11.2024
Emil Nəcəfov
Samsung-un Galaxy S25 smartfonlarını yanvar ayında təqdim edəcəyi gözlənilir. Təqdimat müddəti yaxınlaşdıqca sözügedən smartfonlar barəsində daha çox məlumat ortaya çıxır. Bu dəfə Galaxy S25 smartfonları üçün nəzərdə tutulmuş silikon keyslərin fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolardakı silikon keyslər Galaxy S25 smartfonlarının gövdə formalarını sərgiləyirlər.
Fotolara əsasən Galaxy S25 və S25+ modelləri bu ilin əvvəlində təqdim olunmuş Galaxy S24 və S24+ modellərindən o qədər də fərqlənməyəcəklər. Lakin Galaxy S25 Ultra-nın gövdəsində müəyyən dəyişiklik olacaq. Belə ki, Galaxy S25 Ultra-nın gövdəsi yuvarlaq formalı künc hissələri əldə edəcək. Bu isə öz növbəsində smartfondan istifadəni daha komfortlu vəziyyətə gətirməlidir. Son məlumat sızıntılarına əsasən gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 smartfonlarının hamısı Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaqlar.
Linki kopyala
samsung galaxy s25 plus
galaxy s25
galaxy s25 plus
samsung galaxy s25 ultra
galaxy s25 ultra
samsung
samsung galaxy s25
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung gələn il Galaxy Flip FE smartfonunu təqdim edə bilər
Samsung gələn il Galaxy Flip FE smartfonunu təqdim edə bilər
Ortaya çıxmış yeni məlumata əsasən Samsung şirkəti qatlana bilən smartfonlar portfoliosunu yeni modellər vasitəsilə genişləndirməyi planlaşdırır.
OneUI 7.0-ı əldə edəcək Samsung cihazlarının qeyri-rəsmi siyahısı ortaya çıxıb
OneUI 7.0-ı əldə edəcək Samsung cihazlarının qeyri-rəsmi siyahısı ortaya çıxıb
Samsung şirkəti bir neçə müddət bundan öncə bildirmişdi ki, OneUI 7.0 istifadəçi interfeysinin beta testinə bu ilin sonuna kimi start veriləcək. İstifadəçi interfeysinin stabil versiyasının 2025-ci ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir.
Samsung Galaxy S25-in nazik gövdəli versiyası təqdim oluna bilər
Samsung Galaxy S25-in nazik gövdəli versiyası təqdim oluna bilər
Məlumatda qeyd edilib ki, şirkətin nazik gövdəli smartfonu Galaxy S25 seriyasına daxil olacaq.
Exynos vasitəsilə çalışan bəzi Samsung cihazlarında ciddi sistem boşluğu aşkar edilib
Exynos vasitəsilə çalışan bəzi Samsung cihazlarında ciddi sistem boşluğu aşkar edilib
Samsung şirkəti Exynos prosessorları vasitəsilə çalışan bəzi smartfon və smart saatlarda ciddi sistem boşluğu aşkar edib. Aşkar edilmiş sistem boşluğu istifadəçilərin özəl məlumatlarını təhlükə altına atır.
Samsung flaqman smartfonlarını fərqli brend altında satışa çıxara bilər
Samsung flaqman smartfonlarını fərqli brend altında satışa çıxara bilər
Hal-hazırda Samsung şirkəti öz smartfonlarını hamının yaxşı tanıdığı Galaxy brendi altında satışa çıxarır. Lakin yaxın gələcəkdə şirkət bu istiqamətdəki strategiyasını dəyişə bilər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!