
Təqdimata hazırlaşan REDMI K Pad planşetinin bəzi rəsmi təfərrüatları açıqlanıb
Cihazlar+
19.06.2025
Emil Nəcəfov
Xiaomi-nin REDMI brendi gələn həftə REDMI K Pad adlı yeni planşetini təqdim edəcək. İndi isə brend bu planşetin bəzi özəlliklərini açıqlayıb. Təqdim olunmuş məlumata əsasən REDMI K Pad planşeti metal materialdan hazırlanmış gövdəni əldə edəcək. Planşet 3K keyfiyyətli 8.8 düym ölçülü LCD ekranla təchiz olunacaq. Planşetin prosessoru qismində MediaTek Dimensity 9400+ çıxış edəcək. Üstəlik REDMI K Pad özündə maye soyutma sistemini birləşdirəcək və bu soyutma sistemi planşetin 12 050 mm² sahəsini soyuda biləcək. Məlumatda qeyd edilib ki, planşet iki ədəd USB-C girişini əldə edəcək. Cihazın batareya həcmi isə 7500 mAh təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, 8.3 düym ölçülü ekrana sahib iPad mini planşeti 5210 mAh enerji tutumlu batareya ilə təchiz olunur.




Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimata hazırlaşan POCO F7-nin hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb

Təqdimata hazırlaşan POCO F7-nin hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Xiaomi-nin POCO brendi 24 iyun tarixində qlobal bazarda POCO F7 smartfonunu təqdim edəcək. Son günlərdə bu smartfon barəsində bir sıra məlumatlar ortaya çıxıb.
POCO F7-nin render fotoları təqdim edilib

POCO F7-nin render fotoları təqdim edilib
Xiaomi-nin POCO brendi qlobal bazarda POCO F7 smartfonunu təqdim etməyə hazırlaşır. Keçən həftə bu smartfonun Geekbench testlərindən keçdiyi məlum oldu. İndi isə insayderlər POCO F7-nin render fotolarını təqdim ediblər.
POCO F7 smartfonu Geekbench testlərindən keçib

POCO F7 smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin POCO brendi mart ayında qlobal bazarda POCO F7 Pro və F7 Ultra smartfonlarını təqdim etmişdi. İndi isə brend qlobal bazarda adi POCO F7 modelini təqdim etməyə hazırlaşır.
Qlobal bazarda orta büdcəli REDMI Pad 2 planşeti təqdim edilib - QİYMƏTİ

Qlobal bazarda orta büdcəli REDMI Pad 2 planşeti təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi qlobal bazarda yeni orta büdcəli planşetin əi təqdim edib. Söhbət, REDMI Pad 2-dən gedir. Bu yeni planşet böyük ölçülü ekranı və MediaTek Helio prosessorunu əldə edib.
Xiaomi Smart Band 10-un render fotoları təqdim edilib

Xiaomi Smart Band 10-un render fotoları təqdim edilib
Xiaomi şirkəti hal-hazırda Smart Band 10 adlı yeni ağıllı qolbaq üzərində çalışır. İnsayderlər isə hazırlanan bu yeni ağıllı qolbağın render fotolarını təqdim ediblər.
Həftənin xəbərləri

