main-post-cover

    Qatlana bilən Xiaomi Mix Fold 4-ün keyfiyyətli render fotosu təqdim edilib

    Cihazlar+
    03.07.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti yaxın zamanda Mix Fold 4 adlı yeni qatlana bilən smartfonunu təqdim etməlidir. İndi isə Evan Blass adlı məşhur insayder sözügedən yeni qatlana bilən smartfonun keyfiyyətli render fotosunu və onun barəsində bəzi məlumatları təqdim edib. İnsayder tərəfindən təqdim edilmiş fotoda smartfonun arxa paneli əks olunub. Fotodan da görmək olar ki, smartfonun arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşəcək və onun daxilində 4 ədəd obyektiv ilə LED işıqlandırma mövcud olacaq.
         İnsayderin sözlərinə əsasən əsas arxa kamera 50 MP-lik olacaq. Bununla yanaşı o, əlavə edib ki, fotoda əks olunmuş dizayn Mix Fold 4-ün final dizaynı deyil və təqdimata kimi onun bəzi elementlərində dəyişikliklər ola bilər. Qeyd etmək lazımdır ki, Xiaomi Mix Fold 4-ün Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Note 14 Pro-nun sahib olacağı fərqli arxa panel dizaynı sərgilənib
    redmi-note-14-pro-nun-sahib-olacagi-ferqli-arxa-panel-dizayni-sergilenib
    Xiaomi 14T Pro smartfonu Camera FV-5 resursunda ortaya çıxıb
    xiaomi-14t-pro-smartfonu-camera-fv-5-resursunda-ortaya-cixib
    Xiaomi-nin elektrikli krossoverinin necə görünə biləcəyi sərgilənib
    xiaomi-nin-elektrikli-krossoverinin-nece-gorune-bileceyi-sergilenib
    Redmi K70 Ultra smartfonu barəsində ilk rəsmi məlumat təqdim edilib
    redmi-k70-ultra-smartfonu-baresinde-ilk-resmi-melumat-teqdim-edilib
    Məşhur insayder Redmi Note 14 Pro barəsində təfərrüatları təqdim edib
    meshur-insayder-redmi-note-14-pro-baresinde-teferruatlari-teqdim-edib