Redmi K70 Ultra smartfonu barəsində ilk rəsmi məlumat təqdim edilib
Cihazlar+
28.06.2024
Emil Nəcəfov
Artıq müəyyən müddət ərzində ortaya çıxan məlumatlara əsasən Xiaomi-nin Redmi brendi yaxın zamanda Redmi K70 Ultra smartfonunu təqdim etməlidir. İndi isə bu smartfon barəsində ilk rəsmi məlumatlar ortaya çıxmağa başlayıblar. Belə ki, Redmi brendi Redmi K70 Ultra ilə bağlı ilk tizer posterini bölüşüb. Təqdim edilmiş tizer posterə əsasən Redmi K70 Ultra smartfonu IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahib olacaq. Smartfon barəsində rəsmi məlumatların təqdim olunmalarına start verilməsi onun təqdimatının yaxınlaşmasından xəbər verir. Gözləntilərə əsasən Redmi K70 Ultra smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli OLED ekranı əldə edəcək və MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq smartfon özündə 120 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareyanı birləşdirə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Məşhur insayder Redmi Note 14 Pro barəsində təfərrüatları təqdim edib
Məşhur insayder Redmi Note 14 Pro barəsində təfərrüatları təqdim edib
Xiaomi-nin Redmi brendi payız fəslində Redmi Note 14 smartfon seriyasını təqdim etməlidir.
Xiaomi-nin növbəti elektromobili avtomobil yollarında görülüb
Xiaomi-nin növbəti elektromobili avtomobil yollarında görülüb
Xiaomi-nin SU7 adlı ilk elektromobilinin satışa çıxmasından cəmi 2 ay keçməsinə baxmayaraq şirkətin növbəti elektromobili barəsində məlumatlar artıq ortaya çıxıblar.
Təqdimata hazırlaşan Redmi 13 5G-nin xarici görünüşü və texniki imkanları sızdırılıb
Təqdimata hazırlaşan Redmi 13 5G-nin xarici görünüşü və texniki imkanları sızdırılıb
Xiaomi-nin Redmi brendi bu ayın əvvəlində Redmi 13 4G smartfonunu təqdim etmişdi. İndi isə Redmi brendi Redmi 13 5G-nin təqdimatına hazırlaşır.
Xiaomi Mix Flip-in yeni sxematik fotosu təqdim edilib
Xiaomi Mix Flip-in yeni sxematik fotosu təqdim edilib
Xiaomi yaxın zamanda qatlana bilən Xiaomi Mix Fold 4 ilə yanaşı həmçinin ilk qatlana bilən qapaqlı smartfonu Xiaomi Mix Flip-i də təqdim etməlidir.
Xiaomi Mix Fold 4-ün vacib özəlliklərindən biri məlum olub
Xiaomi Mix Fold 4-ün vacib özəlliklərindən biri məlum olub
Xiaomi şirkəti yaxın aylar ərzində yeni qatlana bilən smartfonunu təqdim etməlidir. Söhbət, Xiaomi Mix Fold 4-dən gedir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!