main-post-cover

    Qatlana bilən Vivo X Fold 5 smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    25.06.2025
    Emil Nəcəfov
         Vivo şirkəti öz yeni qatlana bilən smartfonu Vivo X Fold 5-i təqdim edib. Təqdim edilmiş bu yeni qatlana bilən smartfon olduqca yüngül və nazik konstruksiyaya sahibdir. Smartfonun çəkisi 217 qram, gövdə qalınlığı tam açıq vəziyyətdə 4.3 mm, qapalı vəziyyətdə isə 9.2 mm təşkil edir. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2480x2200 piksel keyfiyyətli 8.03 düym ölçülü daxili AMOLED 8T LTPO ekranla və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2748x1172 piksel keyfiyyətli 6.53 düym ölçülü xarici AMOLED LTPO ekranla təchiz olunub. Hər iki ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Üstəlik xarici ekran Armor Glass qoruyucu şüşəsi ilə əhatə olunub.
         Vivo X Fold 5-in gövdəsi IPX8, IPX9IPX9+ standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. Bundan əlavə olaraq bu, IP5X standartı üzrə tozdan qorunma özəlliyinə sahib ilk qatlana bilən smartfondur. Vivo X Fold 5 80 dərəcə Selsi temperatura qədər olan suya tab gətirə və -20 dərəcə Selsi temperatur şəraitində çalışa bilir. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo X Fold 5 özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı və həm daxili həm də xarici ekran üzərində 20 MP-lik ön kameranı birləşdirir.
         Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 40 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Vivo X Fold 5 smartfonu Apple Watch ağıllı saatları ilə uyğunlaşa bilən ilk Android smartfon olub. O, zənglərə cavab verməyə, mesajları oxumağa və Vivo Health tətbiqi vasitəsilə məlumatları sinxronlaşdırmağa imkan verir. Vivo X Fold 5 smartfonu 2 iyul tarixində Çində satışa çıxacaq və onun qiyməti 975$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Vivo T4 Lite 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-vivo-t4-lite-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Kompakt ölçülü Vivo X200 FE smartfonu təqdim edilib
    kompakt-olculu-vivo-x200-fe-smartfonu-teqdim-edilib
    Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib
    muxtelif-brendlerin-android-16-ni-elde-edecek-cihazlarinin-siyahisi-teqdim-edilib
    Orta büdcəli Vivo Y29t 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y29t-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli Vivo Y400 Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y400-pro-5g-smartfonu-teqdim-edilib-qiymeti