
Orta büdcəli Vivo Y29t 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
23.06.2025
Emil Nəcəfov
Vivo şirkəti Vivo Y29t 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo Y29t 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1600x720 piksel keyfiyyətli 6.74 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 570 nit təşkil edir. Smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və üstəlik MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir.

Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 256 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo Y29t 5G özündə 50 MP + 0.08 MP ikili arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 15 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo Y29t 5G artıq Malayziyada satışa çıxıb və onun qiyməti 260$ təşkil edir. Smartfonun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Orta büdcəli Vivo Y400 Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli Vivo Y400 Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo Y400 Pro 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və 5000 mAh-dan böyük həcmli batareyanı əldə edib.
Qatlana bilən Vivo X Fold 5-in təqdimatı anons edilib

Qatlana bilən Vivo X Fold 5-in təqdimatı anons edilib
Vivo şirkəti öz yeni qatlana bilən smartfonunun təqdimatını anons edib. Söhbət, Vivo X Fold 5-dən gedir.
Vivo T4 Ultra subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ

Vivo T4 Ultra subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti T4 Ultra adlı yeni subflaqman smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və 5000 mAh-dan böyük həcmli batareyanı əldə edib.
Vivo Pad 5 planşeti təqdim edilib - QİYMƏTİ

Vivo Pad 5 planşeti təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti S30 və S30 Pro mini smartfonları ilə yanaşı Vivo Pad 5 adlı yeni planşetini də təqdim edib.
Vivo S30 və S30 Pro mini smartfonları təqdim edilib - QİYMƏTİ

Vivo S30 və S30 Pro mini smartfonları təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti Vivo S30 və S30 Pro mini smartfonlarını təqdim edib. Şirkətin bu yeni smaertfonları bir-birilərindən həm xarici görünüşcə həm də texniki imkanlar baxımından fərqlənirlər.
Həftənin xəbərləri

