main-post-cover

    Qatlana bilən Motorola Razr 50s qlobal bazarda satışa çıxmağa hazırlaşır

    Cihazlar+
    01.11.2024
    Emil Nəcəfov
         Motorola sentyabrda qatlana bilən Motorola Razr 50s smartfonunu təqdim etdi. Lakin təqdimatdan bir neçə müddət sonra smartfon eksklüziv olaraq Yaponiyada satışa çıxdı. Görünür, şirkət Motorola Razr 50s-i üstəlik qlobal bazarda da satışa çıxartmağa hazırlaşır. Belə ki, sözügedən smartfon Google Play Console-da dəstəklənən cihazlar siyahısında ortaya çıxıb. Bu isə onun qlobal bazarda satışa çıxacağına işarə edir.
          Qeyd etmək lazımdır ki, Motorola Razr 50s smartfonu 6.9 düym ölçülü daxili OLED ekrana və 3.6 düym ölçülü xarici OLED ekrana sahibdir. Smartfon MediaTek Dimensity 7300X prosessoru vasitəsilə çalışır və özündə 50 MP + 13 MP ikili arxa kamera ilə 32 MP-lik ön kameranı birləşdirir. Onun batareya həcmi isə 4200 mAh təşkil edir. Çox güman ki, Motorola Razr 50s-in qlobal versiyası texniki imkanlar baxımından Yaponiyada satılan versiyadan heç də fərqlənməyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Motorola qatlana bilən smartfonlar üçün yeni texnologiyanın patentini əldə edib
    motorola-qatlana-bilen-smartfonlar-ucun-yeni-texnologiyanin-patentini-elde-edib
    Dözümlü gövdəyə sahib Motorola ThinkPhone 25 smartfonu təqdim edilib - QİYMƏTİ
    dozumlu-govdeye-sahib-motorola-thinkphone-25-smartfonu-teqdim-edilib-qiymeti
    Moto G75 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    moto-g75-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Moto G Stylus 5G (2025) smartfonunun yeni render fotosu təqdim edilib
    moto-g-stylus-5g-2025-smartfonunun-yeni-render-fotosu-teqdim-edilib
    Moto G75 smartfonunun render fotoları təqdim edilib
    moto-g75-smartfonunun-render-fotolari-teqdim-edilib