main-post-cover

    Dözümlü gövdəyə sahib Motorola ThinkPhone 25 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    02.10.2024
    Emil Nəcəfov
         Motorola şirkəti aramid lifindən (istiliyə dözümlü güclü sintetik lif) hazırlanmış gövdəyə sahib və MIL-STD-810H hərbi standartının tələblərinə cavab verən ThinkPhone 25 adlı yeni smartfonunu təqdim edib. Motorola ThinkPhone 25 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2670x1220 piksel keyfiyyətli 6.36 düym ölçülü pOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir.
         Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir. Smartfon MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 13 MP + 10 MP üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Motorola ThinkPhone 25 68 vatt gücündə sürətli şarj texnologiyalı 4310 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 15 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Motorola ThinkPhone 25 gələn ay satışa çıxacaq və onun qiyməti 500 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Moto G75 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    moto-g75-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Moto G Stylus 5G (2025) smartfonunun yeni render fotosu təqdim edilib
    moto-g-stylus-5g-2025-smartfonunun-yeni-render-fotosu-teqdim-edilib
    Moto G75 smartfonunun render fotoları təqdim edilib
    moto-g75-smartfonunun-render-fotolari-teqdim-edilib
    Qatlana bilən qapaqlı Motorola Razr 50s smartfonu hazırlanır
    qatlana-bilen-qapaqli-motorola-razr-50s-smartfonu-hazirlanir
    Moto G55 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    moto-g55-5g-smartfonu-teqdim-edilib-qiymeti