Qatlana bilən Honor Magic V3 smartfonunun təqdimatı anons edilib
Cihazlar+
02.07.2024
Emil Nəcəfov
Honor şirkəti yeni qatlana bilən smartfonunun təqdimatını anons edib. Söhbət, Honor Magic V3-dən gedir. Şirkətin təqdim etmiş olduğu posterə əsasən Honor Magic V3 smartfonu 12 iyul tarixində Çində təqdim olunacaq. Gözləntilərə əsasən sözügedən smartfon bazarın ən nazik qatlana bilən smartfonu olacaq. Smartfon özündə iki ədəd OLED ekranı birləşdirməli və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışmalıdır.
Onu da qeyd etmək lazımdır ki, şirkət 12 iyul tarixində bir ədəd qatlana bilən smartfonla yetinməyəcək. Belə ki, şirkət Honor Magic V3 ilə yanaşı Honor Magic Vs3 adlı daha bir qatlana bilən smartfonunu da təqdim edəcək. Bu barədə məlumat məhz posterdə əks olunub. Gözləntilərə əsasən ikinci qatlana bilən smartfon Honor Magic V3-ün bir qədər sadələşdirilmiş versiyası olacaq. Üstəlik posterə əsasən 12 iyul tarixində bu smartfonlardan əlavə olaraq Honor şirkəti MagicPad 2 planşetini və MagicBook Art 14 noutbukunu təqdim edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Honor markası, telefonlarda deepfake görüntülərini aşkar edə bilən süni intellekt xüsusiyyətini təqdim edib!
Honor markası, telefonlarda deepfake görüntülərini aşkar edə bilən süni intellekt xüsusiyyətini təqdim edib!
Honor şirkəti, Mobil Dünya Konqresində (MWC) deepfake görüntülərini aşkar edəcək və göz sağlamlığını qoruyacaq yeni süni intellekt xüsusiyyətlərini təqdim edib.
Büdcəli Honor Play 60 Plus smartfonu təqdim edilib - QİYMƏTİ
Büdcəli Honor Play 60 Plus smartfonu təqdim edilib - QİYMƏTİ
Honor şirkəti özünün Play seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, Honor Play 60 Plus-dan gedir.
Qatlana bilən Honor Magic V3 smartfonu barəsində bəzi məlumatlar verilib
Qatlana bilən Honor Magic V3 smartfonu barəsində bəzi məlumatlar verilib
Hələ bir neçə müddət bundan öncə Honor şirkətinin CEO-su rəsmi şəkildə təsdiq etmişdi ki, şirkət növbəti qatlana bilən smartfonu olacaq Honor Magic V3 üzərində artıq çalışır.
Honor artıq növbəti qatlana bilən smartfonu üzərində çalışır
Honor artıq növbəti qatlana bilən smartfonu üzərində çalışır
Dünən Honor şirkəti ilk qatlana bilən qapaqlı smartfonu Honor Magic V Flip-i təqdim etdi.
Qatlana bilən qapaqlı Honor Magic V Flip təqdim edilib - QİYMƏTİ
Qatlana bilən qapaqlı Honor Magic V Flip təqdim edilib - QİYMƏTİ
Honor şirkəti daha öncə də söz vermiş olduğu kimi Çində ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edib. Söhbət, Honor Magic V Flip-dən gedir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ