Büdcəli Honor Play 60 Plus smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
24.06.2024
Emil Nəcəfov
Honor şirkəti özünün Play seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, Honor Play 60 Plus-dan gedir. Sözügedən yeni smartfon keçən il təqdim edilmiş Honor 50 Play Plus-ın davamçısıdır. Honor Play 60 Plus böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə bu yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.77 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 850 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Üstəlik smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir.
Honor Play 60 Plus Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Honor Play 60 Plus 35 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı əldə edib. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Honor Play 60 Plus artıq Çində satışa çıxıb. Onun 256 GB daxili yaddaş həcminə sahib versiyası 206$-a, 512 GB daxili yaddaş həcminə sahib versiyası isə 234$-a satılır. Smartfonun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən Honor Magic V3 smartfonu barəsində bəzi məlumatlar verilib
Qatlana bilən Honor Magic V3 smartfonu barəsində bəzi məlumatlar verilib
Hələ bir neçə müddət bundan öncə Honor şirkətinin CEO-su rəsmi şəkildə təsdiq etmişdi ki, şirkət növbəti qatlana bilən smartfonu olacaq Honor Magic V3 üzərində artıq çalışır.
Honor artıq növbəti qatlana bilən smartfonu üzərində çalışır
Honor artıq növbəti qatlana bilən smartfonu üzərində çalışır
Dünən Honor şirkəti ilk qatlana bilən qapaqlı smartfonu Honor Magic V Flip-i təqdim etdi.
Qatlana bilən qapaqlı Honor Magic V Flip təqdim edilib - QİYMƏTİ
Qatlana bilən qapaqlı Honor Magic V Flip təqdim edilib - QİYMƏTİ
Honor şirkəti daha öncə də söz vermiş olduğu kimi Çində ilk qatlana bilən qapaqlı smartfonunu təqdim edib. Söhbət, Honor Magic V Flip-dən gedir.
Qlobal bazarda büdcəli Honor X6b smartfonu təqdim edilib
Qlobal bazarda büdcəli Honor X6b smartfonu təqdim edilib
Honor şirkəti qlobal bazarda Honor 200 və Honor 200 Pro smartfonlarından əlavə olaraq yeni büdcəli smartfonunu da təqdim edib. Şirkətin yeni büdcəli smartfonu Honor X6b adlanır.
Honor 200 və Honor 200 Pro smartfonlarının qlobal versiyaları təqdim edilib - QİYMƏTİ
Honor 200 və Honor 200 Pro smartfonlarının qlobal versiyaları təqdim edilib - QİYMƏTİ
Honor şirkəti keçən ayın sonunda Çində Honor 200 smartfon seriyasını təqdim etdi.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ