Google Maps, artıq saxta rəyləri ifşalayacaq!
Proqram Təminatı
27.09.2024
Farid Pardashunas
Google Maps, milyonlarla istifadəçinin müəssisələr haqqında məlumat əldə etmək üçün müraciət etdiyi bir platform olaraq diqqət çəkir. Lakin son zamanlar süni intellekt texnologiyalarının inkişafı ilə birlikdə saxta və AI tərəfindən yaradılan rəylər platformanın etibarlılığını təhdid edir.
Google, bu problemə qarşı tədbir görərək Saxta Əlaqə siyasətini yeniləyib və saxta rəylərə müraciət edən müəssisələrə qarşı sərt tədbirlər görməyə başlayıb. Search Engine Roundtable-ın hesabatına və sosial mediada paylaşılan ekran görüntülərinin təsdiqlədiyinə görə, Google artıq saxta rəy tələb edən müəssisələrin Google Maps profilində açıq xəbərdarlıq göstərir. Yenilənmiş siyasət çərçivəsində qaydalara əməl etməyən müəssisələrə müxtəlif məhdudiyyətlər tətbiq edilir.
Bu məhdudiyyətlər arasında saxta rəylərin silinməsi, müəyyən müddət ərzində yeni rəy və qiymətləndirmə ala bilməmək və müəssisə səhifəsində saxta rəylərin silindiyini göstərən ictimai xəbərdarlıq göstərilməsi daxildir. Əvvəllər yalnız Birləşmiş Krallıqdakı müəssisələr üçün keçərli olan bu tətbiq, sentyabrın ortasında edilən yeniləmə ilə bütün bölgələrdəki müəssisələri əhatə edəcək şəkildə genişləndirilib. Hazırda bu xəbərdarlıqlar yalnız Birləşmiş Krallıqda bəzi istifadəçilər tərəfindən görünə bilir. Ancaq Google-un qətiyyətli mövqeyi göstərir ki, bu tətbiq tezliklə qlobal miqyasda geniş yayılacaq və saxta rəy tələb edən bütün müəssisələrin Google Maps profillərində bu xəbərdarlıqlar görünəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Maps-in küçə və peyk şəkilləri daha keyfiyyətli hala gəlir!
Google Maps-in küçə və peyk şəkilləri daha keyfiyyətli hala gəlir!
Google şirkəti Maps proqramında Street View və peyk şəkillərini daha keyfiyyətli şəkillərlə yeniləməyə başladığını açıqlayıb. Həmçinin köhnə peyk şəkilləri də Google Earth proqramına əlavə edilib.
Google, süni intellektin hansı peşənin sonunu gətirə bilməyəcəyini açıqlayıb!
Google, süni intellektin hansı peşənin sonunu gətirə bilməyəcəyini açıqlayıb!
Son zamanlar süni intellektin sürətli inkişafı ilə bir çox peşə qruplarında narahatlıqlar yaranmağa başlayıb. Xüsusilə proqramçılar süni intellektin onları əvəz edəcəyindən narahatdırlar. Lakin Google-un baş direktoru Sundar Pichai, bu narahatlıqlara çox fərqli prizmadan baxır.
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
Sosial platformalar düşünüldüyündən daha çox istifadəçi məlumatı yığırlar
ABŞ Federal Ticarət Komissiyası (FTC) bildirib ki, onun araşdırmasına əsasən ayrı-ayrı sosial şəbəkələr və streaming servislər istifadəçilər barəsində düşünüldüyündən daha çox konfidensial məlumatı yığırlar.
Google Pixel 10 smartfon seriyası barəsində ilk məlumatlar ortaya çıxıb
Google Pixel 10 smartfon seriyası barəsində ilk məlumatlar ortaya çıxıb
Google şirkəti avqust ayının əvvəlində Pixel 9 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya 4 model daxil oldu. Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və qatlana bilən Pixel 9 Pro Fold. İndi isə şirkət Pixel 10 smartfon seriyası üzərində çalışır.
Android planşetlər üçün yeni tətbiq pəncərələri funksiyası test edilir
Android planşetlər üçün yeni tətbiq pəncərələri funksiyası test edilir
Google şirkəti Android planşetlər üçün nəzərdə tutulmuş yeni funksiyanı test etməyə başlayıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ