
Orta büdcəli OPPO Reno14F 5G smartfonu təqdim olunub - QİYMƏTİ
Cihazlar+
25.06.2025
Emil Nəcəfov
OPPO şirkəti OPPO Reno14F 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon orta ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO Reno14F 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2372x1080 piksel keyfiyyətli 6.57 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1400 nit təşkil edir. Üstəlik barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.

Smartfon Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OPPO Reno 14F 5G özündə 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO Reno14F 5G artıq Tayvanda satışa çıxıb və onun qiyməti 440$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib

Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib
Jurnalistlər Android əməliyyat sisteminin yeni versiyasını alacağı demək olar ki, dəqiq olan cihazların geniş siyahısını hazırlayıblar. Təxminən 2 həftə əvvəl Google Android 16 yeniləməsi üzərində əsas işləri tamamladı.
Büdcəli OPPO K13x 5G smartfonu təqdim olunub - QİYMƏTİ

Büdcəli OPPO K13x 5G smartfonu təqdim olunub - QİYMƏTİ
OPPO şirkəti OPPO K seriyasının yeni büdcəli modelini təqdim edib. Söhbət, OPPO K13x 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Orta büdcəli OPPO Pad SE planşeti təqdim olunub - QİYMƏTİ

Orta büdcəli OPPO Pad SE planşeti təqdim olunub - QİYMƏTİ
OPPO şirkəti OPPO Reno 14 smartfon seriyası ilə yanaşı üstəlik OPPO Pad SE adlı orta büdcəli planşetini də təqdim edib.
OPPO Reno 14 və Reno 14 Pro təqdim olunub - QİYMƏTİ

OPPO Reno 14 və Reno 14 Pro təqdim olunub - QİYMƏTİ
OPPO şirkəti OPPO Reno 14 smartfon seriyasını təqdim edib. Bu yeni seriyaya iki model daxil olub. OPPO Reno 14 və Reno 14 Pro. Sözügedən yeni smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Lakin onların arasında texniki imkanlar baxımından fərqliliklər var.
OPPO Pad SE planşetinin təqdimatı anons edilib

OPPO Pad SE planşetinin təqdimatı anons edilib
OPPO şirkəti yeni orta büdcəli planşetinin təqdimatını anons edib. Söhbət, OPPO Pad SE-dən gedir. Şirkət sözügedən yeni planşetinin xarici görünüşünü sərgiləyib və onun barəsində bəzi təfərrüatları təqdim edib.
Həftənin xəbərləri

