
Büdcəli OPPO K13x 5G smartfonu təqdim olunub - QİYMƏTİ
Cihazlar+
23.06.2025
Emil Nəcəfov
OPPO şirkəti OPPO K seriyasının yeni büdcəli modelini təqdim edib. Söhbət, OPPO K13x 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO K13x 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.67 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir və o, Panda Glass adlı qoruyucu şüşə ilə əhatə olunub.

Smartfonun gövdəsi IP65 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir və MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir. Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 4/6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OPPO K13x 5G özündə 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO K13x 5G artıq Hindistanda satışa çıxıb və onun qiyməti 138$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Orta büdcəli OPPO Pad SE planşeti təqdim olunub - QİYMƏTİ

Orta büdcəli OPPO Pad SE planşeti təqdim olunub - QİYMƏTİ
OPPO şirkəti OPPO Reno 14 smartfon seriyası ilə yanaşı üstəlik OPPO Pad SE adlı orta büdcəli planşetini də təqdim edib.
OPPO Reno 14 və Reno 14 Pro təqdim olunub - QİYMƏTİ

OPPO Reno 14 və Reno 14 Pro təqdim olunub - QİYMƏTİ
OPPO şirkəti OPPO Reno 14 smartfon seriyasını təqdim edib. Bu yeni seriyaya iki model daxil olub. OPPO Reno 14 və Reno 14 Pro. Sözügedən yeni smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Lakin onların arasında texniki imkanlar baxımından fərqliliklər var.
OPPO Pad SE planşetinin təqdimatı anons edilib

OPPO Pad SE planşetinin təqdimatı anons edilib
OPPO şirkəti yeni orta büdcəli planşetinin təqdimatını anons edib. Söhbət, OPPO Pad SE-dən gedir. Şirkət sözügedən yeni planşetinin xarici görünüşünü sərgiləyib və onun barəsində bəzi təfərrüatları təqdim edib.
OPPO Reno 14 Pro smartfonu Geekbench testlərindən keçib

OPPO Reno 14 Pro smartfonu Geekbench testlərindən keçib
OPPO şirkəti OPPO Reno 14 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Digital Chat Station ləqəbli məşhur insayder bir neçə müddət bundan öncə bu seriyanın modellərindən birinin render fotolarını təqdim etmişdi.
Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb

Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
Canalys şirkəti qlobal smartfon tədarükünə dair yeni hesabat dərc edib. Həmin məlumatlara görə, 2025-ci ilin birinci rübündə bazara 296.9 milyon ədəd smartfon tədarük olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0.2% artım deməkdir.
Həftənin xəbərləri

