main-post-cover

    Orta büdcəli Moto G100 Pro smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    03.07.2025
    Emil Nəcəfov
         Motorola şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G100 Pro-dan gedir. Bu yeni orta büdcəli smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və olduqca böyük həcmli batareyanı əldə edib. Smartfon ümumilikdə Motorola smartfonlarına xas olan dizaynı əldə edib. Cihaz 120 Hz-lik təsvir yenilənməsinə sahib 2712x1220 piksel keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass 7i qoruyucu şüşəsi ilə əhatə olunub və özündə barmaq izi skanı texnologiyasını birləşdirir.
         Cihazın gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir və həmçinin MIL-STD 810H hərbi standartının tələblərinə cavab verir. Smartfon MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Moto G100 Pro özündə 50 MP + 8 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 30 vatt gücündə sürətli şarj texnologiyalı 6720 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto G100 Pro artıq Çində satışa çıxıb və onun qiyməti 195$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli Moto G66j 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-moto-g66j-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib
    muxtelif-brendlerin-android-16-ni-elde-edecek-cihazlarinin-siyahisi-teqdim-edilib
    Orta büdcəli Moto G56 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-moto-g56-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Moto G86 və G86 Power smartfonları təqdim edilib - QİYMƏTİ
    moto-g86-ve-g86-power-smartfonlari-teqdim-edilib-qiymeti
    Hazırlanan Moto G96-nın render fotoları və texniki imkanları ortaya çıxıb
    hazirlanan-moto-g96-nin-render-fotolari-ve-texniki-imkanlari-ortaya-cixib