main-post-cover

    Orta büdcəli Moto G66j 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    24.06.2025
    Emil Nəcəfov
         Motorola şirkəti Moto G66j 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon tanınan dizaynı, böyük ölçülü ekranı və MediaTek Dimensity prosessorunu əldə edib. Beləliklə Moto G66j 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.7 düym ölçülü LCD ekranla təchiz olunub. Ekran üstəlik Corning Gorilla Glass 7i qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun gövdəsi IP68/IP69 standartları üzrə suya və toza qarşı dözümlülük özəlliyinə sahibdir və həmçinin MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir.
         Smartfon MediaTek Dimensity 7060 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Moto G66j 5G özündə 50 MP + 8 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto G66j 5G gələn ay Yaponiyada satışa çıxacaq və onun qiyməti 239$ təşkil edəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Müxtəlif brendlərin Android 16-nı əldə edəcək cihazlarının siyahısı təqdim edilib
    muxtelif-brendlerin-android-16-ni-elde-edecek-cihazlarinin-siyahisi-teqdim-edilib
    Orta büdcəli Moto G56 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-moto-g56-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Moto G86 və G86 Power smartfonları təqdim edilib - QİYMƏTİ
    moto-g86-ve-g86-power-smartfonlari-teqdim-edilib-qiymeti
    Hazırlanan Moto G96-nın render fotoları və texniki imkanları ortaya çıxıb
    hazirlanan-moto-g96-nin-render-fotolari-ve-texniki-imkanlari-ortaya-cixib
    Moto G86 5G smartfonunun dizaynı və texniki imkanları təqdim olunub
    moto-g86-5g-smartfonunun-dizayni-ve-texniki-imkanlari-teqdim-olunub