
OPPO Find X8 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
10.04.2025
Emil Nəcəfov
OPPO şirkəti OPPO Find X8s və Find X8s+ smartfonları ilə yanaşı Find X8 Ultra adlı yeni flaqman smartfonunu da təqdim edib. Bu yeni flaqman smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO Find X8 Ultra smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 3168x1440 piksel keyfiyyətli 6.82 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekran OPPO Crystal Shield adlı qoruyucu şüşə ilə əhatə olunub və onun maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi isə IP68/69 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.

OPPO Find X8 Ultra smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 50 MP + 50 MP + 50 MP + 2 MP beşli arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə cihaz 100 vatt gücündə sürətli şarj texnologiyalı 6100 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. OPPO Find X8 Ultra 16 aprel tarixində Çində satışa çıxacaq və onun qiyməti 909$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OPPO Find X8s və Find X8s+ təqdim olunub - QİYMƏTİ

OPPO Find X8s və Find X8s+ təqdim olunub - QİYMƏTİ
OPPO şirkəti OPPO Find X8s və Find X8s+ adlı yeni smartfonlarını təqdim edib. Bu yeni smartfonlar ümumi olaraq xarici görünüşcə bir-birilərinə bənzəsələr də onların kamera sahələrində cüzi dizayn fərqi var. Hər iki smartfon yastı gövdə dizaynına sahibdir.
Orta büdcəli OPPO A5 Pro 4G smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli OPPO A5 Pro 4G smartfonu təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti keçən ilin dekabr ayında OPPO A5 Pro 5G smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun 4G versiyasını təqdim edib. Smartfonun 4G versiyası xarici görünüşcə 5G versiyadan fərqlənir.
OPPO Find X8 Ultra-nın real fotoları ortaya çıxıb

OPPO Find X8 Ultra-nın real fotoları ortaya çıxıb
OPPO şirkəti keçən həftə qatlana bilən OPPO Find N5 smartfonunu təqdim etdi. İndi isə şirkət OPPO Find X8 Ultra flaqman smartfonunun təqdimatına hazırlaşır.
OPPO Watch X2 flaqman smart saatı təqdim edilib - QİYMƏTİ

OPPO Watch X2 flaqman smart saatı təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti qatlana bilən OPPO Find N5 smartfonundan əlavə olaraq öz yeni flaqman smart saatını da təqdim edib. Söhbət, OPPO Watch X2-dən gedir.
Qatlana bilən OPPO Find N5 təqdim olunub - QİYMƏTİ

Qatlana bilən OPPO Find N5 təqdim olunub - QİYMƏTİ
Uzun aylar ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OPPO şirkəti sonunda öz yeni qatlana bilən smartfonunu təqdim etdi. Söhbət, OPPO Find N5-dən gedir.
Həftənin xəbərləri

