
OPPO Find X8s və Find X8s+ təqdim olunub - QİYMƏTİ
Cihazlar+
10.04.2025
Emil Nəcəfov
OPPO şirkəti OPPO Find X8s və Find X8s+ adlı yeni smartfonlarını təqdim edib. Bu yeni smartfonlar ümumi olaraq xarici görünüşcə bir-birilərinə bənzəsələr də onların kamera sahələrində cüzi dizayn fərqi var. Hər iki smartfon yastı gövdə dizaynına sahibdir. Beləliklə OPPO Find X8s modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1216 piksel keyfiyyətli 6.32 düym ölçülü AMOLED ekranla, Find X8x+ modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 2760x1256 piksel keyfiyyətli 6.59 düym ölçülü AMOLED ekranla təchiz olunub. Hər iki smartfonda ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edir.
OPPO Find X8s:

Bununla yanaşı hər iki smartfonda ekran OPPO Crystal Shield adlı qoruyucu şüşə ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası bu smartfonlarda ekrana inteqrasiya edilib. Smartfonlarda gövdə isə IP68/69 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Hər iki smartfon MediTek Dimensity 9400+ prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda hər iki smartfon 50 MP + 50 MP + 50 MP üçlü arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir.
OPPO Find X8s+:

Batareya mövzusuna gəldikdə isə OPPO Find X8s modeli özündə 5700 mAh enerji tutumlu batareyanı, Find X8s+ modeli isə özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirir. Hər iki smartfon 80 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Bu yeni smartfonlar 16 aprel tarixində Çində satışa çıxacaqlar. Həm OPPO Find X8s həm də Find X8s+-in qiyməti 517$-dan start götürəcək. Bu smartfonların qlobal bazarda satışa çıxıb-çıxmayacaqları bilinmir.
Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Orta büdcəli OPPO A5 Pro 4G smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli OPPO A5 Pro 4G smartfonu təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti keçən ilin dekabr ayında OPPO A5 Pro 5G smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun 4G versiyasını təqdim edib. Smartfonun 4G versiyası xarici görünüşcə 5G versiyadan fərqlənir.
OPPO Find X8 Ultra-nın real fotoları ortaya çıxıb

OPPO Find X8 Ultra-nın real fotoları ortaya çıxıb
OPPO şirkəti keçən həftə qatlana bilən OPPO Find N5 smartfonunu təqdim etdi. İndi isə şirkət OPPO Find X8 Ultra flaqman smartfonunun təqdimatına hazırlaşır.
OPPO Watch X2 flaqman smart saatı təqdim edilib - QİYMƏTİ

OPPO Watch X2 flaqman smart saatı təqdim edilib - QİYMƏTİ
OPPO şirkəti qatlana bilən OPPO Find N5 smartfonundan əlavə olaraq öz yeni flaqman smart saatını da təqdim edib. Söhbət, OPPO Watch X2-dən gedir.
Qatlana bilən OPPO Find N5 təqdim olunub - QİYMƏTİ

Qatlana bilən OPPO Find N5 təqdim olunub - QİYMƏTİ
Uzun aylar ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OPPO şirkəti sonunda öz yeni qatlana bilən smartfonunu təqdim etdi. Söhbət, OPPO Find N5-dən gedir.
OPPO 8000 mAh həcmli yeni batareyaları test edir

OPPO 8000 mAh həcmli yeni batareyaları test edir
OnePlus ultra böyük həcmi smartfon batareyalarında istifadə olunan qabaqcıl silisium-karbon (SiC) texnologiyasının məşhurlaşmasına mühüm töhfə verib.
Həftənin xəbərləri

