main-post-cover

    Nothing Ear (open) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    24.09.2024
    Emil Nəcəfov
         Nothing şirkəti daha öncə də söz vermiş olduğu kimi yeni naqilsiz qulaqlığını təqdim edib. Şirkətin yeni naqilsiz qulaqlığı Nothing Ear (open) adlanır. Təqdim edilmiş bu qulaqlıq idman tərzindədir və o, gündəlik komfort istifadəyə və ətraf səsin daha yaxşı qəbul edilməsinə hədəfləndiyi üçün özündə ətraf səs-küyün aktiv boğulması funksiyasını birləşdirmir. Qulaqlıqlardan hər biri 14.2 mm-lik audio drayver ilə təchiz olunub. Bununla yanaşı onların gövdələri IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər.
         Qulaqlıqların müxtəlif cihazlara qoşulmaları prosesi Bluetooth 5.3 üzərindən reallaşdırılır. Nothing Ear (open)-in əsas fərqləndirici özəlliklərindən biri də odur ki, o, ChatGPT inteqrasiyasına sahibdir. Clear Voice texnologiyası isə öz növbəsində telefon danışıqları zamanı istifadəçinin daha keyfiyyətli şəkildə ötürülməsinə istiqamətlənib. Qulaqlıqlar bir dəfə şarj olunandan sonra 8 saat ərzində çalışa bilirlər. Şarj keysi ilə birlikdə bu göstərici 30 saat təşkil edir. Qulaqlıqlar 10 dəqiqə ərzində şarj prosesində olduqdan sonra isə 2 saat ərzində çalışırlar. Nothing Ear (open) 1 oktyabr tarixində bütün dünyada satışa çıxacaq. Onun satış qiyməti isə 150$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Ear Open naqilsiz qulaqlığının fotoları və texniki imkanları təqdim edilib
    nothing-ear-open-naqilsiz-qulaqliginin-fotolari-ve-texniki-imkanlari-teqdim-edilib
    Nothing yeni cihazının təqdimatını anons edib
    nothing-yeni-cihazinin-teqdimatini-anons-edib
    Nothing öz yeni naqilsiz qulaqlığının ilk tizer fotosunu təqdim edib
    nothing-oz-yeni-naqilsiz-qulaqliginin-ilk-tizer-fotosunu-teqdim-edib
    Nothing şirkəti iki yeni smartfon üzərində çalışır
    nothing-sirketi-iki-yeni-smartfon-uzerinde-calisir
    Nothing sürətlə böyüyən smartfon brendinə çevrilib
    nothing-suretle-boyuyen-smartfon-brendine-cevrilib