Nothing sürətlə böyüyən smartfon brendinə çevrilib
Tech-Biznes
30.08.2024
Emil Nəcəfov
Nothing şirkətinin CEO-su Carl Pei şirkətin böyüməsi və inkişafı ilə bağlı maraqlı məlumatları bölüşüb. Məlumata əsasən Nothing smartfonlar və naqilsiz qulaqlıqlar sahəsində ən sürətlə böyüyən brendə çevrilib. Belə ki, keçən ilin ilk 6 ayı ilə müqayisədə 2024-cü ilin ilk 6 ayı ərzində Nothing-in smartfon satışları 246% yüksəlib. 2024-cü ilin ikinci rübündə isə bu göstərici 693% təşkil edib. Məlumatda qeyd edilib ki, Böyük Britaniya, Yaponiya, Səudiyyə Ərəbistanı və Hindistan kimi ölkələrdə Nothing şirkəti sürətlə böyüyən smartfon brendi olub.
Nothing şirkətinin smartfon bazarında uğuru Nothing Phone (2), Nothing Phone (2a) və Nothing Phone (2a) Plus kimi smartfonların alıcılar arasında məşhur olmaları ilə əlaqələndirilir. Naqilsiz qulaqlıqlar bazarında da şirkət olduqca yaxşı nəticələr sərgiləyir. Məsələn keçən ilin ikinci rübü ilə müqayisədə bu ilin ikinci rübündə Nothing Ear və Nothing Ear (a) qulaqlıqlarının satışları 769% yüksəlib. ABŞ, Fransa, İspaniya, Hollandiya və İtaliya kimi ölkələrdə Nothing sürətlə böyüyən naqilsiz qulaqlıq brendinə çevrilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Nothing şirkəti yeni naqilsiz qulaqlıq üzərində çalışır
Nothing şirkəti yeni naqilsiz qulaqlıq üzərində çalışır
91mobiles saytının vermiş olduğu məlumata əsasən Nothing şirkəti öz yeni naqilsiz qulaqlığı üzərində çalışır.
Nothing Phone (2a) Plus smartfonu təqdim edilib - QİYMƏTİ
Nothing Phone (2a) Plus smartfonu təqdim edilib - QİYMƏTİ
Nothing şirkəti daha öncə də söz verdiyi kimi Nothing Phone (2a) Plus smartfonunu təqdim edib. Şirkətin bu yeni orta büdcəli smartfonu mart ayında təqdim edilmiş Nothing Phone (2a)-nın bir qədər təkmilləşdirilmiş versiyasıdır.
Təqdimatdan bir gün qabaq Nothing Phone (2a) Plus-ın fotosu təqdim edilib
Təqdimatdan bir gün qabaq Nothing Phone (2a) Plus-ın fotosu təqdim edilib
Nothing şirkəti artıq sabah Nothing Phone (2a) Plus smartfonunu təqdim edəcək. Təqdimata bir gün qalmış Smartprix saytı bu yeni smartfonun fotosunu təqdim edib.
Təqdimata sayılı günlər qalmış Nothing Phone (2a) Plus-ın texniki imkanları açıqlanıb
Təqdimata sayılı günlər qalmış Nothing Phone (2a) Plus-ın texniki imkanları açıqlanıb
Dünən Nothing şirkəti rəsmi şəkildə elan etdi ki, təqdimata hazırlaşan Nothing Phone (2a) Plus smartfonu MediaTek Dimensity 7350 Pro prosessoru vasitəsilə çalışacaq. İndi isə insayderlər bu yeni smartfonun digər texniki imkanları barəsində məlumatları təqdim ediblər.
Nothing Phone (2a) Plus-ın hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Nothing Phone (2a) Plus-ın hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb
Artıq məlumdur ki, Nothing şirkəti 31 iyul tarixində Nothing Phone (2a) Plus smartfonunu təqdim edəcək.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!