main-post-cover

    Nintendo Switch 2 konsolu NVIDIA DLSS-in analoqunu əldə edəcək

    Cihazlar+
    06.01.2025
    Emil Nəcəfov
         Nintendo bu ilin birinci yarısında növbəti portativ oyun konsolunu (şərti adı Nintendo Switch 2) təqdim etməlidir. Daha öncəki məlumat sızıntılarında qeyd edilirdi ki, Nintendo Switch 2 konsolu NVIDIA-nın DLSS texnologiyasına bənzər texnologiyanın dəstəyini əldə edəcək. İndi isə internetdə bunu sübut edən patent ortaya çıxıb. Qeyd etmək lazımdır ki, DLSS texnologiyası süni zəka machine learning-ə əsaslanır.
         O, oyunlarda süni zəka və machine learning vasitəsilə fps göstəricisini qrafik keyfiyyəti aşağı salmadan yüksəldir. Nintendo-nun internetdə ortaya çıxmış patent sənədində əks olunmuş məlumata əsasən şirkətin DLSS analoqu növbəti portativ oyun konsolunun aparat təminatı tərəfinə yüklənmə yaşatmadan qrafika keyfiyyətini yüksəltməklə yanaşı həmçinin konsolun yaddaşına yazılacaq oyunun quraşdırılma faylının həcmini də aşağı salacaq. Nintendo şirkəti öz növbəsində oyunları kartriclər vasitəsilə satmaq üsulundan imtina etməyəcəyi üçün şirkət bu texnologiya sayəsində hətta ən irimiqyaslı oyunları belə kartriclərə yerləşdirə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nintendo Switch 2-nin render fotoları təqdim edilib
    nintendo-switch-2-nin-render-fotolari-teqdim-edilib
    Nintendo-nun yeni portativ oyun konsolu artıq yaxın zamanda təqdim oluna bilər
    nintendo-nun-yeni-portativ-oyun-konsolu-artiq-yaxin-zamanda-teqdim-oluna-biler
    Nintendo Switch 2-yə aid olduqları iddia edilən aksesuarlar satışa çıxıb
    nintendo-switch-2-ye-aid-olduqlari-iddia-edilen-aksesuarlar-satisa-cixib
    Nintendo Switch 2-nin hansı zaman aralığında satışa çıxacağı məlum olub
    nintendo-switch-2-nin-hansi-zaman-araliginda-satisa-cixacagi-melum-olub
    Nintendo-nun yeni portativ oyun konsolunun təqdimatını bu ilin sonuna kimi gözləmək lazım deyil
    nintendo-nun-yeni-portativ-oyun-konsolunun-teqdimatini-bu-ilin-sonuna-kimi-gozlemek-lazim-deyil