main-post-cover

    Nintendo Switch 2-nin render fotoları təqdim edilib

    Cihazlar+
    18.12.2024
    Emil Nəcəfov
        Nintendo-nun öz növbəti portativ oyun konsolunu (şərti adı Nintendo Switch 2) 2025-ci ilin birinci yarısında təqdim edəcəyi gözlənilir. Dbrand adlı aksesuar istehsalçısı öz növbəsində Nintendo-nun növbəti portativ oyun konsolunun render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolara əsasən yeni oyun konsolu xarici görünüşcə ümumilikdə birinci nəsil Nintendo Switch-ə bənzəyəcək.
         Dbrand şirkətinin CEO-su qeyd edib ki, onun şirkətinin əməkdaşları Nintendo Switch 2-nin ölçülərini artıq bilirlər. Məlumatda qeyd edilib ki, Nintendo Switch 2-nin uzunluğu 270 mm, eni 116 mm, hündürlüyü isə 14 mm təşkil edəcək. Bu isə öz növbəsində Nintendo Switch 2-ni birinci nəsil Nintendo Switch-in OLED ekranlı versiyasından daha böyük edir. Belə ki, Nintendo Switch-in OLED ekranlı versiyasının uzunluğu 242 mm, eni 102 mm, hündürlüyü isə 13.9 mm təşkil edir. Bununla yanaşı məlumata əsasən Nintendo Switch 2 özündə 8 düym ölçülü ekranı birləşdirəcək.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nintendo-nun yeni portativ oyun konsolu artıq yaxın zamanda təqdim oluna bilər
    nintendo-nun-yeni-portativ-oyun-konsolu-artiq-yaxin-zamanda-teqdim-oluna-biler
    Nintendo Switch 2-yə aid olduqları iddia edilən aksesuarlar satışa çıxıb
    nintendo-switch-2-ye-aid-olduqlari-iddia-edilen-aksesuarlar-satisa-cixib
    Nintendo Switch 2-nin hansı zaman aralığında satışa çıxacağı məlum olub
    nintendo-switch-2-nin-hansi-zaman-araliginda-satisa-cixacagi-melum-olub
    Nintendo-nun yeni portativ oyun konsolunun təqdimatını bu ilin sonuna kimi gözləmək lazım deyil
    nintendo-nun-yeni-portativ-oyun-konsolunun-teqdimatini-bu-ilin-sonuna-kimi-gozlemek-lazim-deyil
    Nintendo Switch 2-nin render fotoları və texniki məlumatları təqdim edilib
    nintendo-switch-2-nin-render-fotolari-ve-texniki-melumatlari-teqdim-edilib