main-post-cover

    LG UltraGear 45GX950A-B flaqman gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.03.2025
    Emil Nəcəfov
         LG şirkəti öz yeni flaqman gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru LG UltraGear 45GX950A-B adlanır. Bu monitor iki rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində monitor 165 Hz-lik təsvir yenilənməsini və 5K görüntü keyfiyyətini, ikinci rejim çərçivəsində isə 330 Hz-lik təsvir yenilənməsini və 2K görüntü keyfiyyətini təmin edir. Monitorun özü 45 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 275 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 98.5%-ni əhatə edir. Monitor özündə NVIDIA G-SYNCAMD FreeSync Premium Pro texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 2.1, USB Type-C, HDMI 2.1 girişlərini və həcmli səslənməni təmin edən səsgücləndiriciləri əldə edib. LG UltraGear 45GX950A-B bu ayın sonunda satışa çıxacaq və onun qiyməti 1999$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    LG UltraGear 32G810SA gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-32g810sa-gaming-monitoru-teqdim-edilib-qiymeti
    LG UltraGear 27G850A-B gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-27g850a-b-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Samsung ardıcıl 19-cu il dünya televizor bazarının lideri olub
    samsung-ardicil-19-cu-il-dunya-televizor-bazarinin-lideri-olub
    LG UltraGear OLED 34GX90SA gaming monitoru təqdim edilib
    lg-ultragear-oled-34gx90sa-gaming-monitoru-teqdim-edilib
    LG UltraGear 27G850A gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-27g850a-gaming-monitoru-teqdim-edilib-qiymeti