main-post-cover

    LG UltraGear 27G850A-B gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.03.2025
    Emil Nəcəfov
         LG şirkəti UltraGear gaming monitor seriyasının yeni modelini təqdim edib. Şirkətin yeni monitoru LG UltraGear 27G850A-B adlanır. Sözügedən yeni gaming monitor iki rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində monitor 240 Hz-lik təsvir yenilənməsini və 4K görüntü keyfiyyətini, ikinci rejim çərçivəsində isə 480 Hz-lik təsvir yenilənməsini və 1080p görüntü keyfiyyətini təmin edir. Monitor 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir və özündə AMD FreeSync Premium Pro, NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 2.1 girişini əldə edib. LG UltraGear 27G850A-B yaxın zamanda satışa çıxacaq və onun qiyməti 799 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung ardıcıl 19-cu il dünya televizor bazarının lideri olub
    samsung-ardicil-19-cu-il-dunya-televizor-bazarinin-lideri-olub
    LG UltraGear OLED 34GX90SA gaming monitoru təqdim edilib
    lg-ultragear-oled-34gx90sa-gaming-monitoru-teqdim-edilib
    LG UltraGear 27G850A gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-27g850a-gaming-monitoru-teqdim-edilib-qiymeti
    LG UltraFine 32U990A monitoru təqdim edilib
    lg-ultrafine-32u990a-monitoru-teqdim-edilib
    Şəffaf OLED ekranlı LG Signature OLED T televizoru satışa çıxıb - QİYMƏTİ
    seffaf-oled-ekranli-lg-signature-oled-t-televizoru-satisa-cixib-qiymeti