main-post-cover

    LG televizorlarına Microsoft Copilot əlavə edib

    Cihazlar+
    16.12.2025
    Sevinc Miralızadə
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, LG bəzi Smart TV modellərinə istifadəçilərdən xəbərsiz şəkildə Microsoft Copilot tətbiqi əlavə edib. Maraqlısı odur ki, bu tətbiqi silmək mümkün deyil.
    LG quietly added an
        Son günlər bir sıra LG Smart TV sahibləri televizorlarında qəfil Copilot tətbiqinin peyda olduğunu bildiriblər. Engadget əməkdaşları da bunu təsdiqləyib: Copilot tətbiqi 2022-ci il LG OLED və 2023-cü il UA8000 modellərində mövcuddur. Tətbiqi tam silmək mümkün olmasa da, onu əsas menyudan gizlətmək olur. Eyni zamanda, komandanın digər üzvündə olan 2022-ci il LG OLED televizorunda Copilot görünmür. Bu isə göstərir ki, Copilot-un aktivləşməsi istifadəçinin LG ilə bağlı məxfilik və icazə ayarlarından asılı ola bilər.
        LG 2025 CES sərgisində gələcək TV modellərində Copilot əsaslı AI Search funksiyasını təqdim edəcəyini açıqlamışdı. Lakin mövcud modellərə silinməyən AI tətbiqinin əlavə edilməsi bir çox istifadəçidə narazılıq yaradıb. Xüsusilə də Copilot-un süni intellekt köməkçiləri arasında birmənalı qarşılanmadığı bir dövrdə bu addım müştərilərin etimadına mənfi təsir göstərə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    LG CES 2026-da ilk Micro RGB televizorunu təqdim edəcək
    lg-ces-2026-da-ilk-micro-rgb-televizorunu-teqdim-edecek
    Süni intellekt köməkçilərinin cavablarında ciddi səhvlər aşkar edilib
    suni-intellekt-komekcilerinin-cavablarinda-ciddi-sehvler-askar-edilib
    Professionallar üçün LG UltraFine evo 6K monitoru təqdim edilib - QİYMƏTİ
    professionallar-ucun-lg-ultrafine-evo-6k-monitoru-teqdim-edilib-qiymeti
    LG UltraGear OLED 32GX850A gaming monitoru təqdim edilib
    lg-ultragear-oled-32gx850a-gaming-monitoru-teqdim-edilib
    LG UltraGear 27GX704A gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-27gx704a-gaming-monitoru-teqdim-edilib-qiymeti