main-post-cover

    LG CES 2026-da ilk Micro RGB televizorunu təqdim edəcək

    Cihazlar+
    16.12.2025
    Sevinc Miralızadə
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, LG televizor texnologiyalarında yeni mərhələyə keçərək ilk Micro RGB televizorunu təqdim etməyə hazırlaşır. Şirkət LG Micro RGB evo modelini rəsmi olaraq CES 2026 sərgisində nümayiş etdirəcək, lakin ekranla bağlı ilkin detalları artıq ictimaiyyətlə paylaşıb.
        Micro RGB texnologiyası ənənəvi LED arxa işıqlandırmadan fərqli olaraq, ağ işıq əvəzinə ayrılı şəkildə idarə olunan qırmızı, yaşıl və mavi mikro LED-lərdən istifadə edir. Bu yanaşma daha geniş rəng diapazonu və daha dəqiq işıq nəzarəti təmin edir. Texnologiya OLED-dəki piksel səviyyəli dəqiqliklə mini LED ekranlar arasında bir keçid mərhələsi kimi qiymətləndirilir.
          LG Micro RGB evo modeli AI əsaslı təkmilləşdirilmiş görüntü emalı mühərriki ilə təchiz olunub. Şirkətin açıqlamasına görə, televizor Intertek tərəfindən BT.2020, DCI-P3 və Adobe RGB rəng standartlarında 100 % rəng əhatəsi sertifikatı alıb. Ekranda parlaqlığın idarəsi üçün minlərlə lokal qaraltma zonası mövcuddur.
         Hazırda Micro RGB texnologiyasından istifadə edən azsaylı istehsalçılar arasında Samsung da yer alır. Samsung-un təqdim etdiyi 115 düymlük model olduqca bahalıdır. LG isə Micro RGB evo seriyasını 100, 86 və 75 düym ölçülərdə təqdim edəcək. Ölçülər nisbətən kiçik olsa da, bu modellərin də yüksək qiymət seqmentində yer alacağı gözlənilir.
         CES 2026 sərgisi 6–9 yanvar tarixlərində Las Veqasda keçiriləcək və LG-nin yeni televizor texnologiyası sərginin ən diqqətçəkən yeniliklərindən biri olmağa namizəddir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Professionallar üçün LG UltraFine evo 6K monitoru təqdim edilib - QİYMƏTİ
    professionallar-ucun-lg-ultrafine-evo-6k-monitoru-teqdim-edilib-qiymeti
    LG UltraGear OLED 32GX850A gaming monitoru təqdim edilib
    lg-ultragear-oled-32gx850a-gaming-monitoru-teqdim-edilib
    LG UltraGear 27GX704A gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-27gx704a-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Geniş formatlı LG UltraWide 49U950A-W monitoru təqdim edilib
    genis-formatli-lg-ultrawide-49u950a-w-monitoru-teqdim-edilib
    LG UltraGear 27G810A gaming monitoru təqdim edilib - QİYMƏTİ
    lg-ultragear-27g810a-gaming-monitoru-teqdim-edilib-qiymeti