main-post-cover

    Kiberidmançılar üçün Philips Evnia 25M2N5200U gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.05.2025
    Emil Nəcəfov
         Philips şirkəti kiberidmançılar üçün nəzərdə tutulmuş yeni gaming monitorunu təqdim edib. Bu yeni monitor Philips Evnia 25M2N5200U adlanır. Beləliklə Philips-in kiberidmançılar üçün nəzərdə tutulmuş bu yeni monitoru 360 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 24.5 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Lakin ekranın təsvir yenilənməsi göstəricisini 390 Hz-ə yüksəltmək mümkündür. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 110%-ni, Adobe RGB rəng diapazonunun 86%-ni, DCI-P3 rəng diapazonunun isə 84%-ni əhatə edir. Monitor HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Philips Evnia 27M2N8800 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    philips-evnia-27m2n8800-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Böyük ölçülü Philips 34B2U3600C monitoru təqdim edilib - QİYMƏTİ
    boyuk-olculu-philips-34b2u3600c-monitoru-teqdim-edilib-qiymeti
    Philips 32E1N5800L monitoru təqdim edilib - QİYMƏTİ
    philips-32e1n5800l-monitoru-teqdim-edilib-qiymeti
    Philips Evnia 27M2N8500AM gaming monitoru təqdim edilib - QİYMƏTİ
    philips-evnia-27m2n8500am-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Philips 27B1U3900 biznes monitoru təqdim edilib
    philips-27b1u3900-biznes-monitoru-teqdim-edilib