main-post-cover

    Böyük ölçülü Philips 34B2U3600C monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.02.2025
    Emil Nəcəfov
         Philips şirkəti böyük ölçülü ekrana sahib yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru Philips 34B2U3600C adlanır. Beləliklə bu yeni monitor 120 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 120%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4, EthernetUSB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Üstəlik monitor 5 vatt gücündə 2 ədəd səsgücləndirici ilə də təchiz olunub. Philips 34B2U3600C artıq satışa çıxıb və onun qiyməti 409 avro təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Philips 32E1N5800L monitoru təqdim edilib - QİYMƏTİ
    philips-32e1n5800l-monitoru-teqdim-edilib-qiymeti
    Philips Evnia 27M2N8500AM gaming monitoru təqdim edilib - QİYMƏTİ
    philips-evnia-27m2n8500am-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Philips 27B1U3900 biznes monitoru təqdim edilib
    philips-27b1u3900-biznes-monitoru-teqdim-edilib
    Philips 27E2N1800 monitoru təqdim edilib - QİYMƏTİ
    philips-27e2n1800-monitoru-teqdim-edilib-qiymeti
    Philips Evnia 34M2C5501A gaming monitoru təqdim edilib - QİYMƏTİ
    philips-evnia-34m2c5501a-gaming-monitoru-teqdim-edilib-qiymeti