
iPhone Air-də Apple mühəndisləri hansı kompromislərə gediblər?
Cihazlar+
12.09.2025
Emil Nəcəfov
Bu həftənin əvvəlində Apple cəmi 5.6 mm qalınlığında olan nazik iPhone Air modelini təqdim etdi. Lakin belə bir dizayna nail olmaq üçün şirkət mühəndisləri çox sayda qurban verməli olublar və onların tam siyahısı, yəqin ki, smartfon istifadəçilərin əllərinə keçəndə məlum olacaq. Bununla belə, GSMArena jurnalistləri artıq dizaynerlərin iPhone Air-də istədikləri nəticəyə çatmaq üçün ən azı 9 şeydən imtina etdiyini bildiriblər.
Batareya:
iPhone Air 3149 mAh tutumlu batareya təchiz olunub ki, bu da qalın gövdəyə sahib olsa da 3692 mAh batareya yerləşdirilə bilən əsas iPhone 17 ilə müqayisədə xeyli azdır. Flaqman modellərlə müqayisədə isə fərq daha da təsirli görünür: iPhone 17 Pro Max-ın fiziki SIM kartlı versiyası 4832 mAh həcmli, eSIM versiyası isə 5088 mAh həcmli batareya ilə təchiz edilib. Yəqin ki, iPhone Air bütün iPhone 17 modelləri arasında avtonomluq baxımından ən zəif olacaq. İstifadəçi testlərinin nəticələri hələ ki, yoxdur, lakin Avropa Birliyinin enerji səmərəliliyi məlumatları göstərir ki, iPhone Air 40 saata qədər, əsas iPhone 17 41 saata qədər, iPhone 17 Pro Max isə 53 saata qədər enerji yığmadan çalışa bilər.

Daha da pis olan odur ki, daha kiçik batareya daha yavaş şarj olur - iPhone 17 Pro Max və iPhone 17 20 dəqiqəyə 50%-ə qədər şarj ola bilir, halbuki iPhone Air bu göstəriciyə yalnız 30 dəqiqədə çatır. Maraqlıdır ki, Apple MagSafe dəstəyindən imtina etməyib, halbuki bu addım gövdəni bir neçə onluq millimetr daha nazik edə bilərdi. Bununla belə MagSafe nəticə etibarilə iPhone Air-in kifayət qədər avtonomluq təmin etməsi üçün alınması zəruri olan aksesuar rolunu oynayacaq.
Ekranın ölçüsü:
Mühəndislər iPhone Air-i 6.5 düym ölçülü ekranla təchiz ediblər ki, bu da iPhone 16 Plus-ın 6.7 düym ölçülü və iPhone 16 ilə iPhone 17 Pro Max-in 6.9 düym ölçülü ekranlarından kiçikdir. Bununla belə, o, iPhone 17-nin 6.3 düym ölçülü ekranından böyükdür. Bunu qeyd etmək vacibdir, çünki iPhone Air-in ekran ölçüsü, ehtimal ki, texnoloji məhdudiyyətlərlə bağlıdır.

Bu smartfon mövcud nəsil modelləri arasında titandan hazırlanmış çərçivəyə sahib yeganə cihaz olaraq qalıb, bütün digər iPhone 17 modellərində isə alüminiumdan istifadə olunub. Titan daha möhkəmdir, bu da onun əyilməyə qarşı daha yaxşı müqavimət göstərməsi deməkdir. Lakin bu qədər nazik gövdədəd əgər mühəndislər 6.7 və ya 6.9 düym ölçülü ekran seçsəydilər, hətta titandan hazırlanmış çərçivə də kifayət qədər möhkəm olmayacaqdı. Yəqin ki, iPhone Air-in əyilmə testlərindən keçmə nəticələri açıqlanandan sonra məhz niyə belə ekran ölçüsünün seçildiyi daha aydın olacaq.
Əsas kamera:
iPhone Air yalnız bir arxa kamera ilə təchiz olunub. Bu yanaşma daha əlçatan iPhone 16e üçün pis seçim olmasa da, 1000$-lıq smartfon üçün optimal görünmür. Üstəlik, bu kamera sensoru mövcud nəsil iPhone modellərində istifadə edilən ən yaxşı sensor da deyil. Mühəndislər iPhone Air-ə iPhone 17-dəki kimi 1/1.56 düym ölçülü sensor quraşdırıblar ki, bu da Pro modellərindəki 1/1.28 düym ölçülü sensordan kiçikdir. Piksel ölçüsünə gəldikdə isə, o, flaqmanlarda olan 1.22 mikrometrə qarşı 1.0 mikrometr təşkil edir.

Əgər 4K video çəkilişində saniyədə 60 kadrla məhdudiyyət olmasaydı, bu barədə danışmağa ehtiyac qalmazdı. Halbuki Pro modelləri saniyədə 120 kadradək çəkə bilir. Bundan əlavə, iPhone Air-də ProRes, ProRes RAW və Apple Log 2 dəstəyi yoxdur. Həmçinin Pro modellərində avtofokusu sürətləndirmək və portret rejimində keyfiyyəti yaxşılaşdırmaq üçün istifadə olunan LiDAR da iPhone Air-dən çıxarılıb. LiDAR bəzi tətbiqlərdə də işə salınır - məsələn, obyektlərin 3D skan edilməsi, AR tətbiqlərində izləmənin dəqiqliyinin artırılması və s.
Telefoto kamera modulu:
iPhone Air-də istifadə olunan 48 MP-lik kamera sensoru itkisiz ikiqat zoom-u dəstəkləyir, lakin bununla məhdudlaşır, çünki daha uzağa getdikcə keyfiyyət pisləşməyə başlayır. Bu problemi telefoto modul həll edə bilərdi, amma cihazda o yoxdur. Maraqlıdır ki, Samsung Galaxy S25 Edge-də də telefoto moduldan imtina edilib, lakin onun əsas kamerası 200 MP-lik kamera sensoru üzərində qurulub. Yəqin ki, belə kamera ikiqat zoom istifadə edilərkən daha keyfiyyətli şəkil çəkmək şansına malikdir, baxmayaraq ki, bunu hələ praktikada yoxlamaq lazımdır. Bundan başqa, istisna deyil ki, Apple iPhone Air-i 200 MP sensorla təchiz etməyib ki, iPhone 17 Pro Max sahibləri daha əlçatan smartfonda bəzi sensorların onların daha bahalı modellərindən üstün olduğunu düşünüb narazı qalmasınlar.

Ultra geniş bucaqlı kamera:
Heç də bütün istifadəçilərə geniş bucaqlı kamera tez-tez lazım olmaya bilər. Lakin hətta bu hallarda belə, o, daha dar obyektivlə əldə olunması mümkün olmayan unikal rakurs təqdim edir. Bundan əlavə, iPhone modellərində geniş bucaqlı kamera makro çəkiliş funksiyasını da yerinə yetirir, lakin bu imkan iPhone Air-də ümumiyyətlə yoxdur.
Flaqman prosessor:
Təqdimat zamanı elan edildi ki, iPhone Air smartfonu Apple A19 Pro flaqman prosessoru ilə təchiz olunub. Amma bu, həqiqətən də belədir? Apple ənənəvi olaraq A seriyalı prosessorların təfərrüatları barədə çox az məlumat verir. Onların xüsusiyyətləri ilə bağlı məlum olan hər şey aşağıdakı cədvəldə göstərilib. Apple öz smartfonlarında operativ yaddaşın həcmini açıqlamasa da, məlumdur ki, Air və Pro modelləri 12 GB RAM ilə, əsas iPhone 17 isə yalnız 8 GB RAM ilə təchiz olunub. Ola bilsin ki, iPhone Air-də istifadə olunan prosessorun adında “Pro” əlavəsinin səbəbi məhz budur, lakin dəqiq məlumat hələ ki, yoxdur.

USB 3.0:
Bir çox insan iPhone-larındakı USB Type-C interfeysini yalnız şarj cihazına qoşmaq üçün istifadə edir. Halbuki iPhone Pro modelləri saniyədə 120 kadr sürətində 4K formatında ProRes videonu xarici yaddaş qurğusuna yaza bilir. İstisna deyil ki, iPhone Air-də ProRes texnologiyasının dəstəklənməməsi səbəbindən smartfon USB 3.0 əldə etməyib. Daha böyük ehtimalla isə, cihaz ProRes-i kameraya görə dəstəkləmir, çünki o, flaqman modellərlə eyni performansı göstərə bilmir. Bununla belə, videonu xarici yaddaş qurğusuna yazmaq imkanı faydalı seçimdir, çünki daxili yaddaş həcmi böyük olan modellərlə kiçik yaddaşlı modellər arasında fərq xeyli hiss olunur.

Stereo səsgücləndiricilər:
iPhone Air yalnız bir səsgücləndirici (mono) təchiz olunub və o, gövdənin yuxarı hissəsinə yerləşdirilib. Ola bilsin ki, nazik gövdə səbəbindən tərtibatçılar gövdənin aşağı hissəsinə əlavə səsgücləndirici yerləşdirmək üçün yer tapa bilməyiblər. İstisna deyil ki, həmin yerin batareyaya ayrılması qərara alınıb.
Gövdə keyslər:
Gövdə keysləri zərurətə çevrildi, çünki mühəndislər iPhone 4-də antenləri lazımi şəkildə izolyasiya edə bilməmişdilər və əlin toxunması siqnalın gücünü xeyli zəiflədə bilirdi. Bu problem növbəti nəsil smartfonlarda həll olundu və bir daha təkrarlanmadı. Yeni smartfonla birlikdə təqdim edilmiş gücləndirilmiş polikarbonatdan hazırlanmış gövdə keysinin təsvirində qeyd olunur ki, o, kənarların əlavə qorunması üçün nəzərdə tutulub.

Smartfonun çərçivəsi titan materialından hazırlanıb ki, bu da ən azı alüminiumla müqayisədə əyilməyə daha davamlıdır. Görünür, Apple öz nazik gövdəli smartfonunun zədələrə qarşı dayanıqlılığından narahatdır. Məşhur ifadədə deyildiyi kimi, gözəllik qurban tələb edir. Ola bilsin ki, Apple nazik gövdəli smartfon yaratmaq üçün həddindən artıq çox şeydən imtina edib. Bununla belə, istisna deyil ki, bir çoxlarına cihazın dizaynı xoş gələcək və onlar hesab edəcəklər ki, mühəndislər bütün vacib funksiyaları qoruyub saxlayıblar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung iPhone 17 seriyası səbəbilə Apple şirkətini trollayıb

Samsung iPhone 17 seriyası səbəbilə Apple şirkətini trollayıb
Samsung sosial şəbəkələrdə bir sıra paylaşımlar edib və bu paylaşımlarda Apple-ın həftənin əvvəlində təqdim etdiyi yeni iPhone 17, 17 Pro, 17 Pro Max və iPhone Air modellərini ələ salıb.
Apple müştərilərini iPhone-nun 2000$-lıq qiymətinə öyrəşdirməyə başlayıb

Apple müştərilərini iPhone-nun 2000$-lıq qiymətinə öyrəşdirməyə başlayıb
Apple şirkəti 9 sentyabr tarixində iPhone 17 smartfon seriyasını təqdim etdi və onun ən güclü modeli olan Pro Max qiymət baxımından 2000$-a kimi psixoloji cəhətdən mühüm həddə yaxınlaşdı.
iOS 26, iPadOS 26, watchOS 26 və macOS 26 Tahoe-nin nə zaman istifadəyə veriləcəyi açıqlanıb

iOS 26, iPadOS 26, watchOS 26 və macOS 26 Tahoe-nin nə zaman istifadəyə veriləcəyi açıqlanıb
Apple-ın böyük illik təqdimatında yalnız iPhone 17 seriyası, yenilənmiş Apple Watch modelləri və AirPods Pro 3 təqdim olunmadı, həm də şirkətin yeni əməliyyat sistemlərinin buraxılış tarixi elan edildi.
iPhone 17 modellərinin hansı hcəmdə RAM yaddaşına sahib olduqları məlum olub

iPhone 17 modellərinin hansı hcəmdə RAM yaddaşına sahib olduqları məlum olub
Dünən Apple iPhone 17 seriyasını təqdim etdi. Seriyaya baza model, Pro və Pro Max variantları və nazik gövdəli iPhone Air daxildir. Məlumata əsasən ilk dəfə olaraq smartfonlar fərqli RAM yaddaş həcmləri ilə təchiz olunublar.
Apple AirPods Pro 3 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Apple AirPods Pro 3 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Apple AirPods Pro 3 naqilsiz qulaqlığını təqdim edib. Bu, son 3 ildə cihazın ilk böyük yenilənməsidir. Yeni naqilsiz qulaqlıq studiya keyfiyyətli səs, yenilənmiş dizayn və daha effektiv səsboğma funksiyası ilə fərqlənir.
Həftənin xəbərləri

