main-post-cover

    iPhone 17 Pro modelləri şarj mövzusunda vacib bir funksiyanı əldə edə bilərlər

    Cihazlar+
    21.02.2025
    Emil Nəcəfov
         Instant Digital ləqəbli çinli insayder iPhone 17 Pro seriyası ilə bağlı maraqlı yeniliklər barədə məlumat verib. Onun sözlərinə görə, Apple-ın flaqman modelləri nəhayət, naqilsiz enerji paylaşımı funksiyasına sahib olacaq və bu, onları portativ enerji mənbəyi (powerbank) kimi istifadə etməyə imkan verəcək. İnsayder bildirib ki, iPhone 17 Pro modelləri 7.5 vat gücündə geriyə naqilsiz enerji ötürmə (reverse wireless charging) funksiyası ilə təchiz ediləcək və Apple artıq bu rejimi test edib. iPhone 14 seriyasından bəri bu xüsusiyyətin Apple cihazlarında təqdim ediləcəyi barədə şayiələr yayılsa da, indiyədək reallaşmamışdı.
         iPhone 15 və daha yeni modellər Apple Watch AirPods cihazlarına enerji ötürmək üçün USB Type-C girişindən istifadə edə bilərlər. Lakin bu halda çıxış gücü cəmi 4.5 vat təşkil edir. Daha güclü naqilsiz enerji paylaşımına keçid yalnız prosesi asanlaşdırmaqla kifayətlənməyəcək, həm də aksesuarların daha sürətli enerji yığmasını təmin edəcək, çünki USB naqilindən istifadə zərurəti aradan qalxacaq. Hər zaman olduğu kimi, Apple bu barədə yayılan məlumatlara rəsmi şərh verməyib. iPhone 17 seriyasının təqdimatının bu ilin ikinci yarısında baş tutacağı gözlənilir.
    Mənbə: Macrumors
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nazik gövdəli iPhone 17 Air böyük ölçülü ekranı əldə edə bilər
    nazik-govdeli-iphone-17-air-boyuk-olculu-ekrani-elde-ede-biler
    Apple gələcək iPhone-lar üçün artıq C2 5G modemini test edir
    apple-gelecek-iphone-lar-ucun-artiq-c2-5g-modemini-test-edir
    iPhone 16e-nın təqdimatı ilə Apple 64 GB-lıq minimal daxili yaddaş həcmi dövrünü sonlandırdı
    iphone-16e-nin-teqdimati-ile-apple-64-gb-liq-minimal-daxili-yaddas-hecmi-dovrunu-sonlandirdi
    iPhone 14, 14 Plus və SE-nin istehsalı dayandırılıb
    iphone-14-14-plus-ve-se-nin-istehsali-dayandirilib
    iPhone 16e təqdim edilib - QİYMƏTİ
    iphone-16e-teqdim-edilib-qiymeti