main-post-cover

    iPhone 14, 14 Plus və SE-nin istehsalı dayandırılıb

    Cihazlar+
    20.02.2025
    Emil Nəcəfov
         Dünən Apple tamamilə yeni iPhone 16e modelini təqdim etdi. Bu, şirkətin hazırkı nəsildə ən əlçatan smartfonu hesab olunur. Bu elanla birlikdə Apple-ın rəsmi saytından üç köhnə iPhone modeli birdən yoxa çıxdı, bu da onların istehsalının dayandırıldığını göstərir. Apple artıq iPhone SE iPhone 14 Plus modellərini istehsal etməyəcək, bu isə gözlənilən bir addım idi. Lakin iPhone 14 modelinin istehsalının da dayandırılması bəzi insanlar üçün gözlənilməz oldu. Dünən keçirilmiş təqdimatdan əvvəl Apple-ın ən əlçatan modeli yeni nəsil iPhone SE olacağı gözlənilirdi, əvvəlki illərdə olduğu kimi.
         Lakin bəzi mənbələr smartfonun iPhone 16e adlanacağını iddia edirdi və sonda bu məlumat təsdiqləndi. Apple yeni bir model - iPhone 16e ilə bir anda üç köhnə modeli əvəz etmiş oldu. Apple artıq iPhone SE, iPhone 14 və iPhone 14 Plus modellərinin satışını dayandırıb, lakin bu cihazlar hələ bir müddət üçüncü tərəf mağazalarda tapıla bilər. iPhone 14-ün digər iki modelə nisbətən daha uzun müddət satışda qalacağı gözlənilir, çünki bu model daha məşhur idi və Apple-ın bu cihazdan kifayət qədər ehtiyatı mövcuddur. Qeyd etmək lazımdır ki, iPhone 14 son dövrlərdə 599$ satılırdı - bu, eyni qiymətə təqdim edilən yeni iPhone 16e ilə eynidir. Bununla belə, bu qiymət əvvəlki iPhone SE modelindən (429$) xeyli yüksəkdir.
         Bununla birlikdə, bir yeni iPhone modelinin üç köhnə modelin yerini tutması, Apple-ın smartfon seriyasını daha nizamlı hala gətirir. Lakin daha əlçatan iPhone və ya Home düyməsinə sahib model almaq istəyənlər tezliklə yalnız bərpa edilmiş cihazları və ya ikinci əl bazarını araşdırmalı olacaqlar. Bundan əlavə, artıq Apple rəsmi olaraq Lightning girişli smartfon satışını tamamilə dayandırıb. Hazırda şirkətin satışda olan bütün iPhone modelləri yalnız USB-C girişinə sahibdirlər. Qeyd edək ki, Apple bundan əvvəl iPad cihazlarında da Lightning girişindən imtina etmişdi. Bununla belə, Apple-ın rəsmi saytında hələ də Lightning girişli bəzi aksesuarlar mövcuddur, məsələn, birinci nəsil Apple Pencil və bəzi digər aksessuarlar. Bundan başqa, indidən etibarən bütün iPhone modelləri OLED ekranla təchiz olunacaq.
    Mənbə: 9to5mac
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16e təqdim edilib - QİYMƏTİ
    iphone-16e-teqdim-edilib-qiymeti
    Bu gün təqdim olunacaq yeni iPhone modeli iPhone 16E adlana bilər
    bu-gun-teqdim-olunacaq-yeni-iphone-modeli-iphone-16e-adlana-biler
    Məşhur insayder nazik gövdəli iPhone 17 Air-in xarici görünüşünü sərgiləyib
    meshur-insayder-nazik-govdeli-iphone-17-air-in-xarici-gorunusunu-sergileyib
    iPhone 17 Air qoruyucu keysinin CAD render fotosu təqdim edilib
    iphone-17-air-qoruyucu-keysinin-cad-render-fotosu-teqdim-edilib
    Statistika: Alıcıların çoxu premium smartfonlara üstünlük verməyə başlayıb
    statistika-alicilarin-coxu-premium-smartfonlara-ustunluk-vermeye-baslayib