main-post-cover

    iPhone 17 Pro-da gecə portret rejimi ləğv edilib

    Cihazlar+
    04.12.2025
    Sevinc Miralızadə
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Apple iPhone 17 Pro və 17 Pro Max modellərində aşağı işıqlı çəkiliş üçün mühüm hesab edilən bir funksiyanı, portret rejimindəki “Night mode”u istifadədən çıxarıb. Şirkətin rəsmi dəstək səhifəsinə əsasən, bu iki model artıq Portret rejimində Gecə rejimini dəstəkləmir.
        Dəstək sənədlərində müxtəlif Gecə rejimi funksiyalarını dəstəkləyən iPhone modellərinin siyahısı yer alır. Bu siyahıda iPhone 12 Pro-dan iPhone 16 Pro-ya qədər bütün Pro modelləri var, lakin iPhone 17 Pro seriyası daxil edilməyib. Bu o deməkdir ki, iPhone 17 Pro istifadəçiləri Portret rejimində aşağı işıqlı çəkiliş zamanı daha az imkanlara malikdirlər.
        Gecə rejimi hələ də əsas Foto rejimində, selfilərdə və time-lapse videolarda mövcuddur, lakin Portret rejimində aktiv deyil. Bir çox istifadəçi, xüsusilə də Reddit-də, funksiyanın keçən aydan etibarən görsənmədiyini bildirib. Hətta The Verge jurnalisti Tom Warren belə bunun əvvəlcə bir xəta olduğunu düşünüb. Apple isə funksiyanın niyə silindiyini və gələcəkdə geri qaytarılıb-qaytarılmayacağını açıqlamayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Yeni il reklamını təqdim edib!
    apple-yeni-il-reklamini-teqdim-edib
    iPhone 17 Pro və iPhone Air 60 metr hündürlükdən atılıb (VİDEO)
    iphone-17-pro-ve-iphone-air-60-metr-hundurlukden-atilib-video
    Satışların startında iPhone 17 Pro və iPhone 17 Pro Max-a tələbat olduqca yüksək olub
    satislarin-startinda-iphone-17-pro-ve-iphone-17-pro-max-a-telebat-olduqca-yuksek-olub
    iPhone 17 seriyasına tələbat gözləniləndən yüksək olub
    iphone-17-seriyasina-telebat-gozlenilenden-yuksek-olub
    iPhone 17 modellərinin hansı hcəmdə RAM yaddaşına sahib olduqları məlum olub
    iphone-17-modellerinin-hansi-hcemde-ram-yaddasina-sahib-olduqlari-melum-olub