main-post-cover

    Bu gün təqdim olunacaq yeni iPhone modeli iPhone 16E adlana bilər

    Cihazlar+
    19.02.2025
    Emil Nəcəfov
         Apple şirkəti artıq bu gün yeni orta büdcəli iPhone modelini təqdim edəcək. Söhbət, növbəti iPhone SE modelindən gedir. Lakin ehtimal var ki, şirkətin təqdim edəcəyi növbəti orta büdcəli iPhone modeli heç də iPhone SE adını əldə etməsin. Belə ki, bəzi mənbələrin sözlərinə əsasən şirkətin yeni smartfonu iPhone 16E adlana bilər. Qeyd etmək lazımdır ki, keçən həftə Apple CEO-su Tim Cook şirkətin növbəti təqdimat tədbirini anons edən zaman qeyd etmişdi ki, istifadəçilər “ailənin yeni üzvü” ilə qarşılaşacaqlar.
         Bloomberg saytının məşhur insayderi Mark Gurman öz növbəsində bu ifadəyə diqqət yetirib. Onun fikrincə söhbət, rebrendinqdən gedə bilər. Belə olduğu halda şirkətin təqdim edəcəyi yeni orta büdcəli iPhone modeli həqiqətən də iPhone SE adını əldə etməyə bilər. Daha sonra Majin Bu ləqəbli məşhur insayder məlumat verib ki, o, internetdə iPhone 16E adının əks olunduğu qutuları görmüş insanların mesajlarına rast gəlib.
         Həmçinin Amazon-da satışa çıxmış qoruyucu keyslərin məhz iPhone 16E üçün nəzərdə tutulduğu qeyd edilib. Hər halda doğru məlumatı əldə etmək üçün çox gözləmək lazım olmayacaq. Belə ki, Apple şirkətinin təqdimat tədbiri yaxın saatlar ərzində baş tutmalıdır. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına inansaq, yaxın saatlar ərzində təqdim olunacaq növbəti iPhone modeli xarici görünüşcə iPhone 14-ə bənzəməlidir.
    Mənbə: Macrumors
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Məşhur insayder nazik gövdəli iPhone 17 Air-in xarici görünüşünü sərgiləyib
    meshur-insayder-nazik-govdeli-iphone-17-air-in-xarici-gorunusunu-sergileyib
    iPhone 17 Air qoruyucu keysinin CAD render fotosu təqdim edilib
    iphone-17-air-qoruyucu-keysinin-cad-render-fotosu-teqdim-edilib
    Statistika: Alıcıların çoxu premium smartfonlara üstünlük verməyə başlayıb
    statistika-alicilarin-coxu-premium-smartfonlara-ustunluk-vermeye-baslayib
    Apple M5 prosessorlu MacBook Pro bu ilin ikinci yarısı üçün gözlənilir
    apple-m5-prosessorlu-macbook-pro-bu-ilin-ikinci-yarisi-ucun-gozlenilir
    Məşhur insayder qatlana bilən iPhone-nun ekran ölçülərini açıqlayıb
    meshur-insayder-qatlana-bilen-iphone-nun-ekran-olculerini-aciqlayib