main-post-cover

    İnsayderlər Samsung Galaxy A06 5G-nin texniki imkanlarını açıqlayıblar

    Cihazlar+
    12.02.2025
    Emil Nəcəfov
         Samsung keçən ilin avqust ayında Galaxy A06 4G smartfonunu təqdim etmişdi. İndi isə şirkət Galaxy A06 5G üzərində çalışır. İnsayderlər hazırlanan Galaxy A06 5G-nin texniki imkanlarını açıqlayıblar. Beləliklə onların vermiş olduqları məlumata əsasən Galaxy A06 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.7 düym ölçülü LCD ekranla təchiz olunacaq.
         Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Üstəlik smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışacaq və 4/6 GB RAM ilə 64/128 GB daxili yaddaş həcmini əldə edəcək.
         Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı əldə etməlidir. Batareyaya gəldikdə isə onun 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir. Smartfon qutudan Android 15-i əldə edəcək və 4 illik Android dəstəyi ilə 4 illik təhlükəsizlik dəstəyinə sahib olacaq.
    Mənbə: Gadgets360
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Məşhur insayder Samsung Galaxy A56-nın yeni render fotosunu təqdim edib
    meshur-insayder-samsung-galaxy-a56-nin-yeni-render-fotosunu-teqdim-edib
    Samsung Galaxy S26 smartfonları daha fərqli batareyaları əldə edəcəklər
    samsung-galaxy-s26-smartfonlari-daha-ferqli-batareyalari-elde-edecekler
    Samsung Galaxy S26 smartfon seriyasında Exynos prosessorunun istifadəsi gözlənilir
    samsung-galaxy-s26-smartfon-seriyasinda-exynos-prosessorunun-istifadesi-gozlenilir
    Samsung Galaxy S25 Edge smartfonunun bəzi əsas özəllikləri açıqlanıb
    samsung-galaxy-s25-edge-smartfonunun-bezi-esas-ozellikleri-aciqlanib
    Bu il son Android 15 yenilənməsini əldə edəcək Samsung cihazlarının siyahısı təqdim edilib
    bu-il-son-android-15-yenilenmesini-elde-edecek-samsung-cihazlarinin-siyahisi-teqdim-edilib