
Məşhur insayder Samsung Galaxy A56-nın yeni render fotosunu təqdim edib
Cihazlar+
12.02.2025
Emil Nəcəfov
Təqdimata hazırlaşan orta büdcəli Samsung Galaxy A56 smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə Evan Blass adlı məşhur insayder sözügedən smartfonun render fotosunu təqdim edib. Təqdim edilmiş fotoda Galaxy A56 arxa, ön və kənar hissələrdən əks olunub. Beləliklə render fotoya əsasən Galaxy A56 smartfonu yastı gövdə dizaynını əldə edəcək və müvafiq olaraq yastı ekrana sahib olacaq. Smartfonun arxa panelinin yuxarı sol hissəsində oval formalı kamera sahəsi yerləşəcək.

Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. LED işıqlandırma kamera sahəsində kənarda sağda yerləşəcək. İnsayderin sözlərinə əsasən Galaxy A56 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.6 düym ölçülü Super AMOLED ekranla təchiz olunacaq. Ekran üstəlik Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunacaq. Məlumatda qeyd edilib ki, smartfon Exynos 1580 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM-ı birləşdirəcək.
Kameralar mövzusunda Galaxy A56 50 MP + 12 MP + 5 MP üçlü arxa kameraya və 12 MP-lik ön kameraya sahib olmalıdır. Batareyaya gəldikdə isə smartfonun 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Bununla yanaşı Galaxy A56-nın gövdəsi IP67 standartı üzrə sudan qorunma özəlliyini özündə birləşdirməlidir. Smartfon artıq gələn ay təqdim oluna bilər.
Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S26 smartfonları daha fərqli batareyaları əldə edəcəklər

Samsung Galaxy S26 smartfonları daha fərqli batareyaları əldə edəcəklər
Samsung Galaxy S25 seriyası yeni prosessorlar və digər təkmilləşdirmələrlə gəlsə də, əvvəlki nəsildən kiçik tutumlu köhnəlmiş batareyaları miras alıb.
Samsung Galaxy S26 smartfon seriyasında Exynos prosessorunun istifadəsi gözlənilir

Samsung Galaxy S26 smartfon seriyasında Exynos prosessorunun istifadəsi gözlənilir
Yeni məlumatlar Samsung-un Exynos 2600 prosessorunun inkişafında ciddi irəliləyiş əldə etdiyini və Galaxy S26 seriyasında yenidən öz prosessorlarından stifadə edə biləcəyini göstərir.
Samsung Galaxy S25 Edge smartfonunun bəzi əsas özəllikləri açıqlanıb

Samsung Galaxy S25 Edge smartfonunun bəzi əsas özəllikləri açıqlanıb
Keçən ayın sonuna yaxın keçirilmiş Galaxy Unpacked 2025 tədbiri çərçivəsində Samsung şirkət, Galaxy S25 smartfonlarını təqdim etdi və tədbirin sonunda daha nazik gövdə dizaynına malik olan Galaxy S25 Edge smartfonunu anons etdi.
Bu il son Android 15 yenilənməsini əldə edəcək Samsung cihazlarının siyahısı təqdim edilib

Bu il son Android 15 yenilənməsini əldə edəcək Samsung cihazlarının siyahısı təqdim edilib
Samsung həmişə Android üçün uzunmüddətli yeniləmə siyasəti ilə tanınıb. Lakin Android 15-in buraxılması ilə bir çox Galaxy cihazları son böyük yeniləməsini əldə edəcəklər. Bu il ərzində son Android 15 yenilənməsini əldə edəcək Galaxy cihazlarının siyahısı təqdim edilib.
Samsung 6G-yə süni zəkanı inteqrasiya etməyi planlaşdırır

Samsung 6G-yə süni zəkanı inteqrasiya etməyi planlaşdırır
Samsung ilk 6G üzrə ağ sənədini 2020-ci ildə yayımlamışdı və bugün şirkət gələcək rabitə texnologiyalarına doğru atdığı addımlarla bağlı daha çox məlumat paylaşır. Yeni ağ sənəddə qeyd olunur ki, Samsung ən son süni zəka texnologiyalarını telekommunikasiya sisteminə inteqrasiya etməyi hədəfləyir.
Həftənin xəbərləri

