main-post-cover

    CMF Phone 2 Pro-nun arxa panel dizaynı sərgilənib

    Cihazlar+
    18.04.2025
    Emil Nəcəfov
         Nothing şirkəti özünün CMF adlı subbrendinin CMF Phone 2 Pro smartfonu ilə bağlı ictimaiyyəti məlumatlandırmağa davam edir. Dünən məlum oldu ki, smartfon Dimensity 7300 Pro prosessoru ilə təchiz olunacaq, bu gün isə istehsalçı onun dizaynını yaxından göstərib. Daha əvvəl CMF smartfonun bəzi elementlərini əks etdirən tizerlər paylaşmışdı, lakin indi arxa panel tam şəkildə nümayiş etdirilib. Foto göstərir ki, yeni cihazın dizaynı əvvəlki model ilə müqayisədə əhəmiyyətli dərəcədə dəyişməyib və əsas yeniliklər kamera və işıqlandırma modulunun yerləşməsindədir. Smartfon, əvvəlki modeli kimi, narıncı rəngdə satışa çıxarılacaq, lakin alıcılara digər rəng variantları da təklif olunacaq. CMF Phone 2 Pro-nun təqdimatı 28 aprel tarixində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    CMF Buds 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    cmf-buds-2-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Təqdimata hazırlaşan CMF Buds 2 naqilsiz qulaqlığının fotoları ortaya çıxıb
    teqdimata-hazirlasan-cmf-buds-2-naqilsiz-qulaqliginin-fotolari-ortaya-cixib
    Təqdimata hazırlaşan CMF Phone 2 Pro-nun əsas özəlliklərindən biri sərgilənib
    teqdimata-hazirlasan-cmf-phone-2-pro-nun-esas-ozelliklerinden-biri-sergilenib
    Nothing-in CMF brendinin yeni smartfonunun adı və təqdimat tarixi elan edilib
    nothing-in-cmf-brendinin-yeni-smartfonunun-adi-ve-teqdimat-tarixi-elan-edilib
    Nothing-in CMF brendi öz yeni smartfonunun ilk tizerini paylaşıb
    nothing-in-cmf-brendi-oz-yeni-smartfonunun-ilk-tizerini-paylasib