main-post-cover

    Təqdimata hazırlaşan CMF Phone 2 Pro-nun əsas özəlliklərindən biri sərgilənib

    Cihazlar+
    10.04.2025
    Emil Nəcəfov
         Nothing şirkətinə məxsus olan CMF brendi, hələ təqdim olunmamış CMF Phone 2 Pro smartfonunu göstərən iki qısa animasiya yayımlayıb. Promo materiallar cihazın dizaynının bir hissəsini ortaya çıxarıb, həmçinin konstruktor baxımından əsas xüsusiyyətlərindən birini nümayiş etdirib. Smartfon seriyaya xas olan vintlərlə təchiz olunacaq - bu isə çıxarıla bilən arxa qapağa və müxtəlif aksesuarların bərkidilməsi imkanına işarə edir. Bundan əlavə, cihaz iki rəng variantında təqdim olunub. Birinci animasiyada yarı-mat, gümüşü-boz gövdə, ikinci animasiyada isə mat teksturalı, tünd boz rəng və təkrar emal olunmuş plastik materiallara xas çökəkli səth göstərilib. Smartfonun təqdimatı 28 aprel tarixində baş tutacaq, lakin onun texniki xüsusiyyətləri və qiyməti hələ açıqlanmayıb.
    CMF
    CMF
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing-in CMF brendinin yeni smartfonunun adı və təqdimat tarixi elan edilib
    nothing-in-cmf-brendinin-yeni-smartfonunun-adi-ve-teqdimat-tarixi-elan-edilib
    Nothing-in CMF brendi öz yeni smartfonunun ilk tizerini paylaşıb
    nothing-in-cmf-brendi-oz-yeni-smartfonunun-ilk-tizerini-paylasib
    Nothing-in CMF subbrendinin hələ təqdim edilməmiş smartfonunun real fotosu təqdim edilib
    nothing-in-cmf-subbrendinin-hele-teqdim-edilmemis-smartfonunun-real-fotosu-teqdim-edilib
    Nothing Phone (3a) və Phone (3a) Pro təqdim edilib - QİYMƏTİ
    nothing-phone-3a-ve-phone-3a-pro-teqdim-edilib-qiymeti
    Nothing Phone (3a) və Phone (3a) Pro-nun render fotoları təqdim edilib
    nothing-phone-3a-ve-phone-3a-pro-nun-render-fotolari-teqdim-edilib