
CMF Buds 2a və CMF Buds 2 Plus naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ
Cihazlar+
29.04.2025
Emil Nəcəfov
Nothing şirkətinin CMF adlı subbrendi iki yeni naqilsiz qulaqlığını təqdim edib. Söhbət, CMF Buds 2a və CMF Buds 2 Plus-dan gedir. İlk öncə CMF Buds 2a modelinə nəzər yetirək. CMF Buds 2a aktiv səsboğucu sistem (ANC) ilə təchiz olunub və bu sistem 42 dB-ə (desibel) qədər səs-küyü azalda bilir. Qulaqlıqlar biolifdən hazırlanmış diafraqmalı iri 12.4 mm-lik dinamiklərə malikdir və istehsalçının bildirdiyinə görə, bu da təkmilləşdirilmiş bas performansını təmin edir. Bundan əlavə, CMF Buds 2a qulaqlıqları Clear Voice və Wind Noise Reduction 2.0 texnologiyaları ilə təchiz edilmiş 4 HD mikrofonla təchiz olunub, bu da danışıq zamanı fon səs-küyünü və külək səslərini effektiv şəkildə aradan qaldırmağa kömək edir.

Aktiv səsboğucu sistem (ANC) söndürülmüş vəziyyətdə avtonom iş müddəti şarj keysi ilə birlikdə 35.5 saata qədərdir. ANC aktiv olduqda isə qulaqlıqlar 23 saata qədər işləyə bilirlər. Qulaqlıqlar IP54 standartına uyğun olaraq toz və suya qarşı qorunur, bu da onları tərləməyə və su sıçramalarına qarşı davamlı edir. Eyni zamanda, Bluetooth 5.4 dəstəyi və eyni anda 2 qurğuya qoşulmağa imkan verən Multipoint funksiyası da mövcuddur. CMF Buds 2a artıq Hindistanda satışa çıxıb və onun qiyməti 25$ təşkil edir. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir. İndi isə CMF Buds 2 Plus modelinə nəzər yetirək.

CMF Buds 2 Plus qulaqlıqları dəqiq bas və təmiz yüksək tezliklər üçün LCP + PU diafraqmalı 12 mm-lik dinamiklərə malikdirlər. Həmçinin gücləndirilmiş bas üçün Ultra Bass Technology 2.0 və əhatəli səs effekti yaratmaq üçün Spatial Audio Effect texnologiyası da tətbiq olunub. Qulaqlıqlar LDAC (Hi-Res Audio), AAC və SBC kodeklərini dəstəkləyirlər. CMF Buds 2 Plus hibrid aktiv səsboğucu sistemə (ANC) malikdir - 50 dB-ə qədər səsboğma və süni zəka əsaslı adaptiv rejim.

6 HD mikrofon Clear Voice Technology 3.0 və Wind Noise Reduction 3.0 texnologiyaları ilə təchiz olunub, bu da hətta küləkli havada da zənglərin aydın olmasını təmin edir. Avtonom işləmə müddəti şarj keysi ilə birlikdə ANC söndürülmüş halda 61.5 saata, ANC aktiv olduqda isə 33 saata qədərdir. Hər bir qulaqlığın iş müddəti ANC söndürülmüş halda 14 saat, aktiv olduqda isə 7.5 saat təşkil edir. Qulaqlıqlar sürətli enerji yığma funksiyasına da malikdir. Qurğularla əlaqə Bluetooth 5.4 vasitəsilə təmin olunur. CMF Buds 2 Plus IP55 standartına uyğun olaraq toz və suya qarşı qorunur. CMF Buds 2 Plus artıq Hindistanda satışa çıxıb və onun qiyməti 38$ təşklil edir. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Orta büdcəli CMF Phone 2 Pro təqdim edilib - QİYMƏTİ

Orta büdcəli CMF Phone 2 Pro təqdim edilib - QİYMƏTİ
Nothing şirkətinin CMF adlı subbrendi qlobal bazarda öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, CMF Phone 2 Pro-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və gövdəyə müxtəlif aksesuarların bərkidilməsi imkanını əldə edib.
CMF Phone 2 Pro-nun kamera göstəriciləri rəsmi şəkildə açıqlanıb

CMF Phone 2 Pro-nun kamera göstəriciləri rəsmi şəkildə açıqlanıb
Nothing şirkətinin CMF adlı subbrendi 28 aprel tarixində CMF Phone 2 Pro smartfonunu təqdim edəcək. Keçən həftə sözügedən smartfonun arxa paneli dizaynı sərgilənmişdi.
Nothing Phone (3)-ün nə zaman təqdim olunacağı rəsmi şəkildə açıqlanıb

Nothing Phone (3)-ün nə zaman təqdim olunacağı rəsmi şəkildə açıqlanıb
Nothing şirkəti artıq bu ilin əvvəlində Nothing Phone (3a) və Phone (3a) Pro smartfonlarını təqdim etdi. Lakin şirkət pərəstişkarları daha çox Nothing Phone (3) smartfonunun təqdimatını gözləyirlər.
CMF Phone 2 Pro-nun arxa panel dizaynı sərgilənib

CMF Phone 2 Pro-nun arxa panel dizaynı sərgilənib
Nothing şirkəti özünün CMF adlı subbrendinin CMF Phone 2 Pro smartfonu ilə bağlı ictimaiyyəti məlumatlandırmağa davam edir.
CMF Buds 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

CMF Buds 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Nothing şirkəti CMF brendi altında yeni Buds 2 naqilsiz qulaqlığını təqdim edib və onun əsas xüsusiyyətlərini açıqlayıb. Buds 2-nin dizaynı əvvəlki modellə müqayisədə ciddi dəyişikliklərə məruz qalmayıb.
Həftənin xəbərləri

