
Apple M5 prosessorlu MacBook Pro bu ilin ikinci yarısı üçün gözlənilir
Cihazlar+
18.02.2025
Emil Nəcəfov
Apple bu ilin ikinci yarısında növbəti nəsil Apple M5 çipi ilə təchiz olunmuş MacBook Pro noutbukunu təqdim edəcək. Daha sonra isə 2026-cı ilin birinci yarısında bu prosessor yenilənmiş iPad Pro planşetlərində də yer alacaq. Bu barədə məlumatı Bloomberg saytının məşhur insayderi Mark Gurman təqdim edib. Bu məlumat Apple cihazlarının M4 çipindən M5-ə keçid qaydası ilə bağlı əvvəlki gözləntilərə ziddir. Keçən il Apple əvvəlcə may ayında yenilənmiş iPad Pro-da M4 prosesssorunu təqdim etmişdi, daha sonra isə oktyabr ayında MacBook Pro M4 prosessoru ilə satışa çıxarılmışdı.

Mark Gurman-ın sözlərinə əsasən Apple M5 prosessoruna sahib MacBook Pro modelindən əvvəl M4 prosessoru ilə yenilənmiş Mac Studio və Mac Pro modellərini təqdim edəcək. İnsayder ehtimal edir ki, bu yeni modellər iyun ayında keçiriləcək Apple-ın WWDC 2025 konfransında təqdim oluna bilər. M5 prosessorlarının ARM arxitekturasının təkmilləşdirilmiş versiyasına sahib olacağı və TSMC-nin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcəyi gözlənilir.
Mənbələrin məlumatlarına əsasən Apple M5 prosessoru üçün TSMC-nin daha qabaqcıl 2 nanometrlik texnoloji prosesini istifadə etməkdən imtina edib və bu qərar istehsal xərcləri ilə bağlıdır. Bununla belə, M5-in yüksək performanslı versiyaları M4 ilə müqayisədə əhəmiyyətli təkmilləşdirmələr əldə edəcəklər. Bu əsasən, TSMC-nin üçölçülü prosessorları birləşdirən System on Integrated Chip (SoIC) texnologiyası sayəsində mümkün olacaq.
Mənbə: Bloomberg
Linki kopyala
apple
macbook pro
apple macbook pro
apple macbook pro 2025
apple macbook pro m5
macbook pro 2025
macbook pro m5
Bənzər xəbərlər
Oxşar xəbərlər
Məşhur insayder qatlana bilən iPhone-nun ekran ölçülərini açıqlayıb

Məşhur insayder qatlana bilən iPhone-nun ekran ölçülərini açıqlayıb
Apple-ın qatlana bilən smartfonu haqqında yeni məlumatlar yayılıb. Ortaya çıxmış yeni məlumata əsasən bu cihaz, Galaxy Fold seriyasından daha kiçik, lakin birinci nəsil Pixel Fold modelinə yaxın ölçüdə olacaq.
Apple aktiv şəkildə robototexnika layihələri ilə məşğul olur

Apple aktiv şəkildə robototexnika layihələri ilə məşğul olur
Apple robototexnika sahəsində aktiv araşdırmalar aparır və həm humanoid (insanabənzər), həm də qeyri-humanoid qurğular üzərində işləyir.
Apple 27 düym-lük mini-LED ekrana sahib yeni Studio Display monitoru üzərində çalışır

Apple 27 düym-lük mini-LED ekrana sahib yeni Studio Display monitoru üzərində çalışır
Apple yeni 27 düym ölçülü mini-LED ekrana sahib monitor üzərində çalışır və bu monitor 2025-ci ilin sonuna qədər təqdim oluna bilər. Bu barədə məlumatı məşhur insayder Ross Young təqdim edib.
iPhone SE 2025?: Apple növbəti təqdimat tədbirini anons edib

iPhone SE 2025?: Apple növbəti təqdimat tədbirini anons edib
Son vaxtlar internetdə Apple-ın yaxın zamanda bir sıra yeni məhsullar təqdim edəcəyi ilə bağlı çoxlu şayiələr yayılıb. Şirkətin baş direktoru Tim Cook, X (keçmiş Twitter) sosial şəbəkəsində sirli bir tizer paylaşaraq tezliklə elan ediləcək yenilikləri təsdiqləyib.
iPhone 17 Pro Max kiçik ölçülü Dynamic Island-ı əldə edə bilər

iPhone 17 Pro Max kiçik ölçülü Dynamic Island-ı əldə edə bilər
Apple bu ilin ikinci yarısında iPhone 17 smartfon seriyasını təqdim edəcək və bu smartfon seriyasında planlaşdırılan dəyişikliklər barədə getdikcə daha çox məlumat ortaya çıxır.
Həftənin xəbərləri

