main-post-cover

    Apple veteranı Sam Altman və Jony Ive ilə birgə süni zəka əsaslı cihaz üzərində çalışacaq

    Cihazlar+
    27.12.2023
    Emil Nəcəfov
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OpenAI şirkətinin CEO-su Sam Altman Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive ilə birgə süni zəka əsaslı hansısa cihaz üzərində çalışırlar. İndi isə məlum olub ki, Sam Altman və Jony Ive bu layihəyə Apple veteranlarından birini cəlb edə biliblər. Söhbət, Apple şirkətinin iPhoneApple Watch dizaynı şöbəsinin keçmiş vitse-prezidenti Tang Tan-dan gedir. Onun Apple şirkətindən ayrılacağı bu ayın əvvəlində məlum oldu.
         Bloomberg saytının məlumatına əsasən Tang Tan-ın Apple-dan ayrılması qərarı şirkət üçün əsl zərbə olub. Belə ki, o, şirkətin əsas məhsulları ilə bağlı vacib qərarları qəbul edirdi. Tang Tan öz növbəsində Jony Ive-ın LoveFrom adlı dizayn şirkətinin əməkdaşı olacaq. LoveFrom Sam Altman-ın Jony Ive ilə birgə hazırladığı gizli cihazın xarici görünüşündən cavabdeh olacaq. Bloomberg saytının anonim mənbələrinin sözlərinə əsasən Altman isə cihazı proqram təminatı platforması ilə təmin edəcək. Məlumata əsasən Tang Tan hazırlanan həmin gizli cihazı istehsal edəcək yeni şirkətin dizayn şöbəsinin rəhbəri qismində də çalışacaq. Nəticədə bunun necə bir cihaz olacağı hələ sirr olaraq qalır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sam Altman OpenAI şirkətinin CEO vəzifəsinə geri qayıdıb
    sam-altman-openai-sirketinin-ceo-vezifesine-geri-qayidib
    Sam Altman-ın OpenAI şirkətinə qayıdışı rəsmi şəkildə elan edilib
    sam-altman-in-openai-sirketine-qayidisi-resmi-sekilde-elan-edilib
    OpenAI işçilərinin 95%-i şirkətdən ayrılmağa hazırdır
    openai-iscilerinin-95-i-sirketden-ayrilmaga-hazirdir
    Microsoft Sam Altman-ın OpenAI-dan ayrılmasına heç də xoş yanaşmır
    microsoft-sam-altman-in-openai-dan-ayrilmasina-hec-de-xos-yanasmir
    Sam Altman-ın OpenAI şirkətinə qayıdışı müzakirə edilir
    sam-altman-in-openai-sirketine-qayidisi-muzakire-edilir