main-post-cover

    Apple şirkətinin öz AR eynək layihəsini ləğv etmədiyi məlum olub

    Cihazlar+
    11.02.2025
    Emil Nəcəfov
         Son günlərdə yayılmış məlumatlara görə, Apple özünün artırılmış reallıq (AR) eynəyi layihəsini ləğv edib. Lakin şirkətin niyə bu potensial baxımdan perspektivli layihədən imtina etdiyi məlum deyildi. Bu gün Bloomberg saytı bu məsələ ilə bağlı aydınlıq gətirib. Belə ki, Bloomberg-in məşhur insayderi Mark Gurman izah edib ki, Apple həqiqətən müəyyən bir AR eynək modelinin hazırlanmasını dayandırıb. Lakin bu, Mac-a qoşulmaq tələb olunan bir cihaz idi.
         Məlumatda qeyd edilib ki, Apple bu konseptin praktiki cəhətdən uğurlu olmayacağı qənaətinə gəlib və layihəni dayandırıb. Bunun əvəzinə, şirkət tamamilə müstəqil şəkildə çalışa bilən AR eynək hazırlayır. Yəni hazırlanan AR eynək başqa cihazlara bağlı olmayacaq. Mark Gurman qeyd edib ki, belə bir cihazın yaxın 3-5 il ərzində satışa çıxarılması ehtimalı azdır, buna görə də konsept gələcəkdə dəyişə bilər.
         Qeyd etmək lazımdır ki, Apple bu layihəni qarışıq reallıq cihazı olan Vision Pro-nun uğursuz startından sonra taxıla bilən cihazlar istiqamətində növbəti perspektivli məhsul kimi qəbul edir. Ola bilər ki, Vision Pro-nun uğursuz olması səbəbilə Apple öz diqqətini xarici görünüşcə sadə eynəyə bənzəyən cihaza yönəltmək istəyib. Apple tərəfindən hazırlanan AR eynəyin Vision Pro-dan daha yüngül olacağı gözlənilir. Lakin bununla belə AR eynək öz növbəsində Vision Pro-nun bəzi innovasiyalı imkanlarından məhrum ola bilər.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Smartfon keyslərinin istehsalçısı iPhone SE 2025-in xarici görünüşünü sərgiləyib
    smartfon-keyslerinin-istehsalcisi-iphone-se-2025-in-xarici-gorunusunu-sergileyib
    Böyük Britaniya Apple-dan istifadəçilərin izlənməsi imkanının təqdim edilməsini tələb edib
    boyuk-britaniya-apple-dan-istifadecilerin-izlenmesi-imkaninin-teqdim-edilmesini-teleb-edib
    iPad planşet bazarındakı dominantlığını qoruyub saxlayır
    ipad-planset-bazarindaki-dominantligini-qoruyub-saxlayir
    iPhone SE 2025 artıq gələn həftə təqdim oluna bilər
    iphone-se-2025-artiq-gelen-hefte-teqdim-oluna-biler
    Qatlana bilən iPhone böyük ölçüyə sahib ola bilər
    qatlana-bilen-iphone-boyuk-olcuye-sahib-ola-biler