main-post-cover

    Apple öz əsas cihazlarını daha nazik gövdə ilə təmin etməyi hədəfləyib

    Cihazlar+
    20.06.2024
    Emil Nəcəfov
         Apple keçən ay M4 prosessorlu iPad Pro 2024 planşetini təqdim etdi. Nəticədə iPad Pro 2024 modeli iPad tarixinin ən nazik modeli olmaqla yanaşı Apple tarixinin də ən nazik cihazı oldu. Belə ki, iPad Pro 2024-ün 13 düym ölçülü ekrana sahib versiyasının qalınlığı 5.1 mm təşkil edir. Bu isə onu hətta iPod Nano-dan belə nazik cihaz edir. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən bu, Apple şirkətinin öz cihazlarını daha nazik etməsi istiqamətində yalnız başlanğıcdır. Belə ki, insayder bildirib ki, Apple öz cihazlarının dizaynlarını yeniləyərək onları daha nazik və yüngül etməyə hədəflənib.
         Bu həm smartfonlar həm noutbuklar həm də smart saatlar üçün nəzərdə tutulub. Gurman-ın sözlərinə əsasən gələn il təqdim ediləcək iPhone 17 smartfon seriyasında hal-hazırki iPhone-lardan daha nazik gövdəyə sahib olacaq tamamilə yeni model olacaq. Bundan əlavə olaraq məlumatda həmçinin qeyd edilib ki, Apple üstəlik yenilənmiş dizayna sahib MacBook Pro Apple Watch üzərində də çalışır. İnsayder əlavə edib ki, keçən ay təqdim edilmiş nazik gövdəli iPad Pro 2024 planşeti şirkət üçün tamamilə yeni sinif cihazların başlanğıcıdır. Onun sözlərinə əsasən Apple üçün tamamilə yeni olacaq bu cihazlar sinifinə texnoloji sahədə öz kateqoriyalarında ən nazik və yüngül gövdəyə sahib cihazlar daxil olacaqlar. Nazik gövdəyə sahib MacBook ilə Apple Watch-un isə nə zaman işıq üzü görəcəkləri məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HarmonyOS Çində iOS-dən daha məşhur olub
    harmonyos-cinde-ios-den-daha-meshur-olub
    Keçən ilki iOS 17 və iPadOS 17-nin istifadəçilər arasında nə dərəcədə məşhur olduqları sərgilənib
    ios-17-ve
    Apple brendinin dəyəri 1 trilyon dolları keçib
    apple-brendinin-deyeri-1-trilyon-dollari-kecib
    Apple cihazlarına Google Gemini kimi digər süni zəka modelləri də inteqrasiya ediləcək
    apple-cihazlarina-google-gemini-kimi-diger-suni-zeka-modelleri-de-inteqrasiya-edilecek
    Apple Intelligence ekosisteminin təqdimatından sonra şirkət səhmlərinin ümumi dəyəri artıb
    apple-intelligence-ekosisteminin-teqdimatindan-sonra-sirket-sehmlerinin-umumi-deyeri-artib