Apple cihazlarına Google Gemini kimi digər süni zəka modelləri də inteqrasiya ediləcək
Proqram Təminatı
12.06.2024
Emil Nəcəfov
Apple şirkətinin tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2024 konfransından öncə məlumatlar ortaya çıxmışdı ki, şirkət öz cihazlarına ChatGPT-nin inteqrasiyası mövzusunda OpenAI ilə danışıqlar aparır. Nəticədə bu məlumatlar öz təsdiqini tapdılar. Belə ki, OpenAI şirkətinin ChatGPT çat-botu Apple Intelligence ekosistemi çərçivəsində Apple cihazlarına inteqrasiya ediləcək. Lakin Apple şirkətinin sözlərinə əsasən onun cihazları təkcə ChatGPT ilə məhdudlaşmayacaqlar.
Bu halda şirkət öz cihazlarına Google Gemini kimi digər süni zəka modellərini də inteqrasiya edə bilər. Bu barədə məlumatı Apple şirkətinin baş vitse-prezidenti Craig Federighi təqdim edib. “Gələcəkdə biz, Google Gemini də daxil olmaqla digər süni zəka modellərinin inteqrasiyasını da gözləyirik” - deyə Craig qeyd edib. O hal-hazırda bu mövzu barəsində konkret anonsları etməyə hazır deyil. Lakin Craig bildirib ki, Apple məhz bu istiqamətdə çalışmağa davam edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Intelligence ekosisteminin təqdimatından sonra şirkət səhmlərinin ümumi dəyəri artıb
Apple Intelligence ekosisteminin təqdimatından sonra şirkət səhmlərinin ümumi dəyəri artıb
Apple şirkəti 10 iyun tarixində start götürmüş WWDC 2024 konfransı çərçivəsində süni zəka funksiyalarından təşkil edilmiş Apple Intelligence ekosistemini təqdim edəndən sonra onun səhmlərinin ümumi dəyəri yenidən yüksəlib.
iOS 18 ilə zəng danışıqlarını qeydə alıb, yazıya çevirmək mümkün olacaq!
iOS 18 ilə zəng danışıqlarını qeydə alıb, yazıya çevirmək mümkün olacaq!
Apple-ın WWDC 2024-ün bir hissəsi olaraq elan etdiyi Apple Intelligence süni intellekt sistemi, iOS 18 ilə canlı telefon zənglərini qeyd edə və qeydləri transkripsiya edə biləcək.
Samsung, yenə Apple-ı ələ salıb: "Apple sözünün əlavə edilməsi onu yeni və ya yenilikçi etmir"!
Samsung, yenə Apple-ı ələ salıb: "Apple sözünün əlavə edilməsi onu yeni və ya yenilikçi etmir"!
Apple-ın inqilabi bir inkişaf olaraq elan etdiyi dərin süni intellekt inteqrasiyası olan Intelligence, Samsung üçün zarafat mövzusuna çevrilib. Belə ki, Samsung şirkəti sosial şəbəkədə rəqibini tənqid edib.
İlk qatlana bilən iPhone xarici istiqamətə qatlanan ekranı əldə edə bilər
İlk qatlana bilən iPhone xarici istiqamətə qatlanan ekranı əldə edə bilər
İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti öz ilk qatlana bilən smartfonu üzərində çalışır.
Artıq AirPods-u danışmadan və ya toxunmadan da idarə etmək mümkün olacaq!
Artıq AirPods-u danışmadan və ya toxunmadan da idarə etmək mümkün olacaq!
Apple, AirPods ilə bağlı bəzi yenilikləri təqdim edib. Artıq AirPods, Siri ilə daha təbii qarşılıqlı əlaqə ilə yanaşı, baş hərəkətlərinizi də aşkar edə biləcək.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ