main-post-cover

    Apple növbəti iPhone SE-nin təqdimatını gələn həftəyə təxirə salıb

    Cihazlar+
    12.02.2025
    Emil Nəcəfov
         Bloomberg saytının məşhur və nüfuzlu insayderi  Mark Gurman sonuncu həftəlik Power On xəbərlər xülasəsində Apple-ın orta büdcəli iPhone SE 2025 smartfonunu 12 fevralda təqdim edəcəyini bildirmişdi. Bu gün həmin tarixdir, lakin cihazın təqdimatını gözləməyə dəyməz.
         Mark Gurman-ın əldə etmiş olduğu məlumata görə, Apple son anda planlarını dəyişib və iPhone SE 2025-in təqdimatını gələn həftəyə kimi təxirə salıb. İnsayder vurğulayıb ki, cihazın təqdimatı qaçılmazdır və tezliklə baş tutacaq. Eyni zamanda, M4 prosessoru ilə təchiz olunmuş yeni MacBook Air modeli də yaxın həftələrdə satışa çıxacaq.
         Son məlumat sızıntılarına əsasən iPhone SE 2025 smartfonu iPhone 14-ə bənzər şəkildə Face ID sensorları üçün çıxıntıya sahib 6.1 düym ölçülü Super Retina XDR OLED ekranla təchiz olunacaq. Smartfonun Apple A18 prosessoru vasitəsilə çalışacağı, 8 GB RAM-ı əldə edəcəyi və Apple şirkətinin fərdi 5G modeminə sahib olacağı gözlənilir. Bununla yanaşı yeni iPhone SE 48 MP-lik arxa kameranı əldə etməlidir.
    Mənbə: Mark Gurman
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Powerbeats Pro 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    powerbeats-pro-2-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    OLED ekranlı MacBook Pro artıq çox yaxındır
    oled-ekranli-macbook-pro-artiq-cox-yaxindir
    Apple şirkətinin öz AR eynək layihəsini ləğv etmədiyi məlum olub
    apple-sirketinin-oz-ar-eynek-layihesini-legv-etmediyi-melum-olub
    Smartfon keyslərinin istehsalçısı iPhone SE 2025-in xarici görünüşünü sərgiləyib
    smartfon-keyslerinin-istehsalcisi-iphone-se-2025-in-xarici-gorunusunu-sergileyib
    Böyük Britaniya Apple-dan istifadəçilərin izlənməsi imkanının təqdim edilməsini tələb edib
    boyuk-britaniya-apple-dan-istifadecilerin-izlenmesi-imkaninin-teqdim-edilmesini-teleb-edib