Amazon Ring üz tanıma funksiyasını aktivləşdirib
Cihazlar+
10.12.2025
Sevinc Miralızadə
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Amazon ABŞ-də Ring video qapı zəngləri üçün yeni və mübahisəli “Familiar Faces” adlı üz tanıma funksiyasını istifadəyə verib. Bu funksiya qapınıza gələn şəxslərin kim olduğunu müəyyənləşdirərək sizə fərdiləşdirilmiş bildirişlər göndərir.
Yeni xüsusiyyət istifadəçilərə maksimum 50 nəfərin üzünü kataloqa əlavə etməyə imkan verir: ailə üzvləri, dostlar, qonşular, kuryerlər və ya ev işçiləri kimi mütəmadi gələn şəxslər bu siyahıya daxil edilə bilər. Siz həmin şəxslərin adını Ring tətbiqində qeyd etdikdən sonra, cihaz onları qapıya yaxınlaşan zaman tanıyaraq “Qapıda naməlum şəxs” əvəzinə “Anam qapıdadır” kimi bildiriş göndərəcək.
Bu imkan bir sıra təşkilatlar, o cümlədən EFF və bəzi ABŞ senatorları tərəfindən məxfilik səbəbi ilə tənqid olunub. Funksiya standart olaraq deaktiv gəlir. İstifadəçi onu tətbiqin ayarlarından özü aktiv etməlidir. Üzlər Event History bölməsindən və ya yeni Familiar Faces kitabxanasından əlavə edilə bilər. Tanınan üzlər istənilən vaxt redaktə oluna və ya silinə bilər.
Amazon bildirir ki, üz məlumatları şifrələnir və heç bir tərəflə paylaşılmır. Adlandırılmamış üzlər isə avtomatik olaraq 30 gündən sonra sistemdən silinir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Amazon Alexa+ üçün yeni alış-veriş funksiyalarını istifadəyə verdi
Amazon Alexa+ üçün yeni alış-veriş funksiyalarını istifadəyə verdi
Amazon generativ süni intellektlə dəstəklənən yeni Alexa+ versiyasına alış-verişi daha da rahatlaşdıran əlavə funksiyalar gətirir. Şirkət ilk gündən Alexa üzərindən alış-veriş imkanları təklif etsə də, indi bu prosesi daha ağıllı və avtomatik hala salır.
Amazon AI agentləri ilə yeni dövrə başlayır
Amazon AI agentləri ilə yeni dövrə başlayır
Şirkət yeni nəsil AI agentləri, üçüncü nəsil çipi və müəssisələr üçün nəzərdə tutulan geniş endirim paketlərini elan etməklə süni intellekt ekosistemində daha güclü rol almağa çalışır.
Amazon yeni Kindle Scribe modelini 10 dekabrda satışa çıxarır
Amazon yeni Kindle Scribe modelini 10 dekabrda satışa çıxarır
Amazon 10 dekabrdan etibarən yeni rəngli və yenilənmiş Kindle Scribe modellərini satışa çıxaracaq, lakin ən ucuz versiya yalnız 2026-da gələcək.
Amazon USPS ilə 30 illik əməkdaşlığını dayandıra bilər
Amazon USPS ilə 30 illik əməkdaşlığını dayandıra bilər
Bildirilib ki, Amazon ilə poçt rəhbəri arasında danışıqlarda irəliləyiş yoxdur və bu vəziyyət Amazon-u əməkdaşlığı tamamilə dayandırmağı düşünməyə vadar edir.
Amazon yeni nəsil DevOps agentlərini təqdim etdi
Amazon yeni nəsil DevOps agentlərini təqdim etdi
Artıq nəzarətə ehtiyacı olmayan AI dövrü başlayır
Həftənin xəbərləri