main-post-cover

    Amazon USPS ilə 30 illik əməkdaşlığını dayandıra bilər

    Digər
    05.12.2025
    Sevinc Miralızadə
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Amazon 30 ildən artıqdır əməkdaşlıq etdiyi ABŞ Poçt Xidməti (USPS) ilə yollarını ayıra bilər. The Washington Postun məlumatına görə, şirkət öz çatdırılma şəbəkəsini genişləndirməyi planlaşdırdığı üçün hazırkı müqavilənin uzadılması ilə bağlı danışıqlar nəticələnməyib. Bildirilib ki, Amazon ilə poçt rəhbəri arasında danışıqlarda irəliləyiş yoxdur və bu vəziyyət Amazon-u əməkdaşlığı tamamilə dayandırmağı düşünməyə vadar edir.
    Amazon in discussions with USPS about future relationship | Reuters
        Amazon sözçüsü Steve Kelly The Verge-ə açıqlamasında bildirib ki, onlar USPS ilə əməkdaşlığı genişləndirə biləcək yeni variantları müzakirə etməyə davam edirlər və yaxın zamanda rəsmi cavab gözləyirlər. Şirkət USPS-in “ilk və ən qədim biznes tərəfdaşı” olduğunu vurğulayıb. Amazon-un qərarı hələ yekun deyil. Şirkət yalnız danışıqlar uğursuz olarsa, öz çatdırılma şəbəkəsini böyütməyə və USPS-dən tam ayrılmağa başlayacaq. 2025-ci ildə Amazon USPS-ə 6 milyard dollar gəlir qazandırıb və bu, poçt xidmətinin ümumi gəlirinin 7,5 faizini təşkil edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Amazon yeni nəsil DevOps agentlərini təqdim etdi
    amazon-yeni-nesil-devops-agentlerini-teqdim-etdi
    AWS yeni Nova 2 süni intellekt modellərini açıqladı
    aws-yeni-nova-2-suni-intellekt-modellerini-aciqladi
    Amazon yeni AI çipi Trainium3-ü təqdim etdi
    amazon-yeni-ai-cipi-trainium3-u-teqdim-etdi
    Amazon-un ən populyar e-oxuyucusu rekord qiymətlə satışda
    amazon-un-en-populyar-e-oxuyucusu-rekord-qiymetle-satisda
    Amazon Starlink-ə rəqib olur
    amazon-starlink-e-reqib-olur