main-post-cover

    Süni zəka HDMI naqilin şüalanması vasitəsilə monitor ekranından məlumatları oğurlamağı öyrənib

    Təhlükəsizlik
    30.07.2024
    Emil Nəcəfov
         Aparılmış yeni tədqiqat onu göstərib ki, hakerlər süni zəkadan istifadə edərək kompüter və monitoru bir-birinə birləşdirən naqildən yayılan elektromaqnit şüalanmasını deşifrələyə və beləliklə monitorda əks olunan məlumatları oğurlaya bilərlər. Uruqvayda yerləşən Respublika Universitetinin alimləri monitor naqilindən şüalanan elektromaqnit şüalanmasını deşifrələməyi bacaran süni zəka modelini yaradıblar. Bu üsul belə çalışır. Haker kompüter ilə monitoru birləşdirən VGA, HDMI və ya DVI naqilin şüalanmasını ələ keçirir və daha sonra müvafiq siqnallar əsasında təlimatlandırılmış süni zəka modeli əldə edilmiş məlumatı deşifrələyir və daha sonra onu hakerə ötürür.
         Bu cür kiberhücumun effektivliyinin qiymətləndirilməsi üçün mütəxəssislər monitor ekranında mətn formatında məlumatı əks etdirən standart proqram təminatından istifadə ediblər, HDMI naqil vasitəsilə monitora ötürülən siqnalı ələ keçiriblər, ələ keçirilmiş siqnalı mətnin təyin olunması üçün nəzərdə tutulmuş standart proqram təminatı vasitəsilə deşifrə ediblər və əldə edilmiş nəticəni monitor ekranında əks olunmuş orijinal məlumat ilə müqayisə ediblər. Məlum olub ki, əldə edilən siqnalın deşifrələnməsi prosesi çərçivəsində simvolların 30%-i düzgün şəkildə qeyd edilmir. Lakin bununla belə simvolların yerdə qalan 70%-i mətnin böyük hissəsini anlamaq üçün kifayət edir. Naqil vasitəsilə monitora ötürülən siqnalı distant şəkildə anten vasitəsilə ələ keçirtmək mümkündür. Beləliklə hakerlər bu cür texnologiyadan istifadə edərək kompüterlərin monitorlarını rahatlıqla izləyə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    10 sualdan ibarət ekspert testi: Hansı foto realdır və hansı süni intellekt tərəfində yaradılıb?
    10-sualdan-ibaret-ekspert-testi-hansi-foto-realdir-ve-hansi-suni-intellekt-terefinde-yaradilib
    4D formatlı videoların tərtibatı üçün Stable Video 4D adlı süni zəka modeli təqdim edilib
    4d-formatli-videolarin-tertibati-ucun-stable-video-4d-adli-suni-zeka-modeli-teqdim-edilib
    Google bir foto əsasında video tərtib edə bilən süni zəka modelini sərgiləyib
    google-bir-foto-esasinda-video-tertib-ede-bilen-suni-zeka-modelini-sergileyib
    Meta açıq mənbəli koda sahib ən böyük süni zəka modelini təqdim edib
    meta-aciq-menbeli-koda-sahib-en-boyuk-suni-zeka-modelini-teqdim-edib
    Telegram-ın Android versiyasında ciddi boşluq aşkar edilib
    telegram-in-android-versiyasinda-ciddi-bosluq-askar-edilib