OpenAI-nin sosial media hesabı sındırılaraq saxta paylaşımlar edilib!
Təhlükəsizlik
25.09.2024
Farid Pardashunas
Məşhur süni intellektlə işləyən ChatGPT çatbotunun yaradıcısı OpenAI-nin sosial media hesabı bu yaxınlarda sındırılıb. Hətta iş o yerə çatıb ki, şirkətin X hesabı kriptovalyuta fırıldaqçıları tərəfindən ələ keçirilib. Şirkət bu hücumu təsdiqləyib.
OpenAI-nin Newsroom hesabını ələ keçirən kripto fırıldaqçıları, şirkətin kriptovalyuta bazarına girdiyini iddia edərək saxta yazılar hazırlayıblar. Fırıldaqçılar yazıya link əlavə etməklə istifadəçiləri bu sayta yönləndirib və ziyarətçilərdən pul kisələrini birləşdirməyi xahiş ediblər. Bu, fırıldaqçılıq məqsədləri üçün istifadəçilərin aktivlərini hədəfləmək üçün bir üsul kimi istifadə edilmişdir. Hesabda paylaşılan yazıda deyilir: "Biz $OPEANAI-ı elan etməkdən çox məmnunuq: Al və blockchain texnologiyası arasındakı boşluğu dolduran token. Bütün OpenAl istifadəçiləri $OPENAI-nin ilkin tədarükünün bir hissəsini tələb etmək hüququna malikdirlər. $OPENAI-a sahib olmaq bütün gələcək beta proqramlarımıza giriş imkanı verəcək."
Bu yaxınlarda daha bir hack hadisəsi də OpenAI üçün baş vermişdi. Belə ki, şirkətin CTO-su Mira Murati-nin hesabı da ələ keçirilmişdi. İddialara görə, bu hadisənin də arxasında duranlar da Newsroom hesabını ələ keçirən hakerlər idi. Kripto valyuta dələduzları son zamanlarda məşhur X hesablarını hədəf alırlar. Xüsusən də şirkətlərə məxsus hesablar, istifadəçilərin daha çox etibar etməsi səbəbindən dələduzlar üçün cəlbedici olur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)
Bir istifadəçi, ChatGPT-ni kalkulyatorda işə salmağı bacarıb! (VİDEO)
Keçən şənbə günü “ChromaLock” adlı bir YouTube məzmun yaradıcısı, Texas Instruments-ın məşhur qrafik kalkulyatoru TI-84-ü internetə qoşaraq OpenAI-nin süni intellekt modeli ChatGPT-ni işə salmağı bacarıb.
1.2 milyon telefona sızan kiber şəbəkə məhv edilib!
1.2 milyon telefona sızan kiber şəbəkə məhv edilib!
Latın Amerikası və Avropada keçirilən birgə əməliyyat nəticəsində yarım milyon insanın şəxsi məlumatlarını oğurlayan nəhəng fişinq şəbəkəsi yaxalanıb. “Kaerb əməliyyatı” adlı əməliyyat nəticəsində 17 nəfər həbs edilib, yüzlərlə elektron cihaz ələ keçirilib.
GPT-4-ün 100 sözdən ibarət mətni tərtib etməsi üçün 1.5 litr su sərf edilir
GPT-4-ün 100 sözdən ibarət mətni tərtib etməsi üçün 1.5 litr su sərf edilir
Kaliforniya Universitetinin aparmış olduğu araşdırmaya əsasən generativ süni zəkanın istifadəsi böyük həcmdə resurs sərfiyyatına səbəb olur.
OpenAI şirkətinin o1 adlı yeni süni zəka modeli məqsədə çatmaq üçün yalan məlumatı təqdim edə bilir
OpenAI şirkətinin o1 adlı yeni süni zəka modeli məqsədə çatmaq üçün yalan məlumatı təqdim edə bilir
Apollo adlı şirkətin aparmış olduğu araşdırmaya əsasən OpenAI şirkətinin o1 adlı yeni süni zəka modeli qeyri-adi davranış sərgiləyir. Söhbət, yalnış məlumatın tərtib edilməsindən və qaydalara əməl edilməsinin simulyasiyasından gedir.
İsrail, Hizbullaha aid minlərlə elektron cihazı uzaqdan sındıraraq partladıb! (VİDEO)
İsrail, Hizbullaha aid minlərlə elektron cihazı uzaqdan sındıraraq partladıb! (VİDEO)
Hizbullah yaraqlılarına aid olduğu bildirilən minlərlə peycer cihazı, Livanda bomba kimi partlayıb. Partlayışın baş verdiyi yerlər cəhənnəmə dönərkən, mobil cihaz sahibləri böyük narahatlıq keçirməyə başlayıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ