GPT-4-ün 100 sözdən ibarət mətni tərtib etməsi üçün 1.5 litr su sərf edilir
Süni İntellekt
20.09.2024
Emil Nəcəfov
Kaliforniya Universitetinin aparmış olduğu araşdırmaya əsasən generativ süni zəkanın istifadəsi böyük həcmdə resurs sərfiyyatına səbəb olur. Süni zəka hətta sadə mətni tərtib etdikdə belə onun inteqrasiya olunduğu serverlərin soyudulmasına böyük həcmdə su lazım olur. ABŞ-da bu mövzuda sərf edilən suyun həcmi ştatlardan və süni zəkadan istifadə edən istifadəçinin məlumatların emalı mərkəzinə nə dərəcədə yaxın olmasından asılı olaraq dəyişir. Bununla belə su sərfiyyatı nə qədər azdırsa, həmin regionda elektrik enerjisinin qiyməti bir o qədər aşağı, elektrik enerjisindən istifadə həcmi isə böyük olur.
Məsələn Texas ştatında 100 sözdən ibarət elektron məktubun tərtibatı üçün 235 millilitr su lazımdır. Vaşinqton ştatında isə bu göstərici 1408 millilitr təşkil edir. İlk baxışdan bunlar o qədər də böyük göstəricilər deyil. Lakin istifadəçilərin həftə və ya gün ərzində GPT-4-dən bir neçə dəfə istifadə etdikləri halda sərf edilən suyun həcmi yüksək sürətlə artmağa başlayır. Məlumatların emalı mərkəzləri su və elektrik enerjisinin böyük həcmlərdə sərfiyyatına sahib obyektlərdir.
Bu isə o deməkdir ki, bu cür obyektlərin olduqları şəhərlərdə suyun və elektrik enerjisinin qiyməti daimi olaraq yüksəlir. Məsələn Meta şirkətinin Llama-3 adlı süni zəka modelinin təlimatlandırılması prosesinə 22 milyon litr su sərf edilib. 2014 kq düyünün becərilməsi üçün məhz bu qədər suya ehtiyac duyulur. Mütəxəssislərin hesablamalarına əsasən bu su həcmi 164 nəfər amerikalının il ərzində istifadəyə etdiyi su həcmidir. GPT-4-ün elektrik enerjisi sərfiyyatı da ucuz başa gəlmir. Məsələn 10 amerikalıdan 1-i il ərzində həftədə bir dəfə bu süni zəka modelindən istifadə etsə, bu artıq sərf edilmiş 121 517 meqavat-saat həcmdə elektrik enerjisi olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI şirkətinin o1 adlı yeni süni zəka modeli məqsədə çatmaq üçün yalan məlumatı təqdim edə bilir
OpenAI şirkətinin o1 adlı yeni süni zəka modeli məqsədə çatmaq üçün yalan məlumatı təqdim edə bilir
Apollo adlı şirkətin aparmış olduğu araşdırmaya əsasən OpenAI şirkətinin o1 adlı yeni süni zəka modeli qeyri-adi davranış sərgiləyir. Söhbət, yalnış məlumatın tərtib edilməsindən və qaydalara əməl edilməsinin simulyasiyasından gedir.
ChatGPT 10 aylıq elmi işin öhdəsindən 1 saata gəlib (VİDEO)
ChatGPT 10 aylıq elmi işin öhdəsindən 1 saata gəlib (VİDEO)
NASA-nın elmi əməkdaşı Kyle Kabasares, ChatGPT-nin o1 adlı süni zəka modelinə sahib versiyasını test edərək onu qiymətləndirib.
OpenAI insan düşüncəsini imitasiya edə bilən yeni süni zəka modelini təqdim edib
OpenAI insan düşüncəsini imitasiya edə bilən yeni süni zəka modelini təqdim edib
OpenAI şirkəti əsaslandırma və tapşırıqları məntiqi yolla həll etmə bacarıqlarına sahib yeni süni zəka modelini təqdim edib. Yeni süni zəka modeli o1 adlanır.
OpenAI yeni investisiyalar ilə yanaşı 5 milyard dollarlıq kredit əldə etməyi planlaşdırır
OpenAI yeni investisiyalar ilə yanaşı 5 milyard dollarlıq kredit əldə etməyi planlaşdırır
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən OpenAI şirkəti yeni investisiyalar cəlb etmək niyyətindədir.
OpenAI yeni süni zəka sistemini növbəti 2 həftə ərzində istifadəyə verə bilər
OpenAI yeni süni zəka sistemini növbəti 2 həftə ərzində istifadəyə verə bilər
Artıq məlumdur ki, OpenAI şirkəti Strawberry adlı yeni süni zəka sistemini istifadəyə verməyə hazırlaşır və bu süni zəka sistemi ChatGPT çat-botunun tərkibində istifadəyə veriləcək.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ