main-post-cover

    Donald Trump milli kriptovalyuta ehtiyatının yaradılmasını elan edib

    Tech-Biznes
    03.03.2025
    Emil Nəcəfov
         Ötən həftə ABŞ prezidenti Donald Trump ölkənin yeni hökumətinin kriptovalyuta əməliyyatlarında iştirakı ilə bağlı strategiyasına aydınlıq gətirmişdi. Əvvəllər Trump yalnız dövlətin müəyyən həcmdə rəqəmsal aktivlər ehtiyatı saxlamasını dəstəkləyirdisə, indi o, bir neçə kriptovalyutanı əhatə edən tam hüquqlu bir ehtiyatın yaradılacağını elan edib. CNBC-nin məlumatına görə, Trump imzaladığı fərmanla xüsusi yaradılmış işçi qrupa XRP, SolanaCardano da daxil olmaqla strateji kriptovalyuta ehtiyatının formalaşdırılması üçün şərait yaratmağı tapşırıb. Trump, Truth Social platformasında belə bəyan edib: “Aydındır ki, ehtiyatın əsasını Bitcoin Ethereum təşkil edəcək, eləcə də digər dəyərli kriptovalyutalar”.
         Daha sonra o, Bitcoin və Ethereum-a xüsusi simpatiyası olduğunu etiraf edib. Bu açıqlamalar bazarda XRP-nin qiymətinin 33% artmasına, Solana ilə əlaqəli tokenin 25% bahalaşmasına, Cardano-nun isə 60%-dən çox dəyər qazanmasına səbəb olub. Bundan əlavə, Bitcoin 10% bahalaşıb, baxmayaraq ki, cümə günü 3 aylıq minimum səviyyəni yeniləmişdi. Ethereum isə 13% dəyər qazanıb. Hazırda Bitcoin 92 000$, Ethereum isə 2400$ səviyyəsində ticarət olunur. Bu cümə günü Donald Trum, Ağ Ev tərəfindən təşkil olunan kriptovalyutalar üzrə sammitdə iştirak edəcək.
         Görünən odur ki, tədbir zamanı ABŞ hökumətinin kriptovalyuta dövriyyəsi və dövlətin bu sahədə iştirakı ilə bağlı gələcək strategiyası açıqlanacaq. İndiyə qədər belə hesab olunurdu ki, Trump administrasiyası yalnız qanuni şəkildə müsadirə olunmuş rəqəmsal aktivləri toplayacaq və məqsədli satınalmalar həyata keçirməyəcək. Əgər dövlət aktivlərinin klassik ehtiyat sistemi ilə müqayisə aparılsa, ABŞ hökuməti kriptovalyuta ehtiyatlarını artırmaq üçün hansı şərtlər altında kriptovalyuta satın alacağını rəsmi şəkildə müəyyən edə bilər.
         Bütün investorlar ABŞ hökumətinin milli kriptovalyuta ehtiyatının formalaşdırılmasında iştirak etməsi ideyasına müsbət yanaşmır. ABŞ-da siyasi proseslərin dövri xarakter daşıması təkcə 4 ildən bir deyil, hətta parlamentin tərkibinin yenilənməsi səbəbilə hər 2 ildən bir də özünü göstərə bilər. Əgər gələcək hökumət kriptovalyuta ehtiyatının saxlanmasına skeptik yanaşarsa və ya büdcəni doldurmaq üçün vəsaitə ehtiyac duyarsa, bu rəqəmsal aktivlər bir neçə il ərzində sadəcə satıla bilər. Ümumilikdə, dövlətin mərkəzləşdirilməmiş rəqəmsal valyuta üzərində nəzarəti ideyası onun yaradılma məqsədlərinə ziddir. Buna görə də Trump-ın yeni təşəbbüsləri hamı tərəfindən bəyənilmir.
    Mənbə: CNBC
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ByteDance şirkəti ABŞ-da TikTok üzərində idarəetməni itirmək istəmir
    bytedance-sirketi-abs-da-tiktok-uzerinde-idareetmeni-itirmek-istemir
    Bybit oğurlanmış vəsaitlərin qaytarılmasında yardım üçün 140 milyon dollar mükafat veriləcək
    bybit-ogurlanmis-vesaitlerin-qaytarilmasinda-yardim-ucun-140-milyon-dollar-mukafat-verilecek
    ByBit birjasından rekord həcmdə vəsaitin oğurlanmasında Şimali Koreyadan olan hakerlər günahlandırılıb
    bybit-birjasindan-rekord-hecmde-vesaitin-ogurlanmasinda-simali-koreyadan-olan-hakerler-gunahlandirilib
    ByBit kriptobirjasından 1.4 milyard dollar dəyərində ETH oğurlanıb
    bybit-kriptobirjasindan-14-milyard-dollar-deyerinde-eth-ogurlanib
    Böyük İT şirkətlər Avropanın sərt qaydaları ilə Donald Trump-ın vasitəsilə mübarizə aparmağa hədəfləniblər
    boyuk-it-sirketler-avropanin-sert-qaydalari-ile-donald-trump-in-vasitesile-mubarize-aparmaga-hedeflenibler