Kanada kəşfiyyatı TikTok haqqında xəbərdarlıq edib!
Təhlükəsizlik
20.05.2024
Farid Pardashunas
Çin kəşfiyyatının Kanadadakı istifadəçi məlumatlarına daxil olduğu iddiası ilə Kanada kəşfiyyatı ictimaiyyəti TikTok-dan istifadə etməməyə çağırır.
Kanada kəşfiyyat agentliyi CSIS, TikTok-a qarşı ictimaiyyəti xəbərdarlıq edib. CSIS rəhbəri, açıqlamasında tətbiqin əldə etdiyi məlumatların Çin kəşfiyyatı tərəfindən istifadə edilə biləcəyini söyləyir və ictimaiyyəti TikTok-dan istifadə etməməyə çağırır. Kanada kəşfiyyatının rəhbəri David Vigneault, CBC News-a verdiyi son müsahibədə Çin hökumətinin dünyanın hər yerindən məlumat toplamaq üçün müxtəlif üsullara malik olduğunu bildirib. Kəşfiyyat rəhbəri, həmçinin Çin hökumətinin kompüterlərinin çox güclü olduğunu, onların məlumatları yaxşı analiz etmək üsuluna sahib olduqlarını, bütün bu məlumatları süni intellektlə emal etdiklərini və istifadəçiləri TikTok-dan istifadə etməməklərini bildirib.
TikTok-dan istifadə etməmək çağırışından sonra mərkəzi şirkət ByteDance bildirib ki, ABŞ və Avropadakı istifadəçilərinin məlumatlarına əvvəllər heç kim daxil olmayıb. Şirkət, ABŞ və Avropadan olan istifadəçi məlumatlarını Amerikadakı Oracle-da saxlayır. Oracle-da yerləşdirilən məlumatlar Project Texas və Project Clover adlanır. Bu yaxınlarda dərc edilmiş bi hesabat isə şirkətin, ABŞ istifadəçilərinin məlumatlarını gizlətmək üçün böyük səy göstərdiyini ortaya qoyur. Şirkətin sözçüsü Danielle Morgan, The Verge-ə verdiyi müsahibəsində “Bu iddialar sübutlarla dəstəklənmir və həqiqət budur ki, şirkətimiz heç vaxt Kanadalı istifadəçilərin məlumatlarını Çin hökuməti ilə paylaşmayıb və xahiş etsələr belə bunu etməyəcək." sözlərini deyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
TikTok 1 saatlıq videoların yüklənməsi imkanını test etməyə başlayıb
TikTok 1 saatlıq videoların yüklənməsi imkanını test etməyə başlayıb
TikTok 60 dəqiqəlik videoların yüklənməsi imkanının test edilməsinə start verildiyini elan edib.
TikTok ABŞ hökumətini məhkəməyə verib
TikTok ABŞ hökumətini məhkəməyə verib
Bloomberg saytının vermiş olduğu məlumata əsasən TikTok ABŞ hökumətini məhkəməyə verib. Bu, ByteDance şirkətini TikTok-u satmağa məcbur etmək üçün nəzərdə tutulmuş yeni qanun layihəsi ilə bağlıdır.
TikTok-un ABŞ-da bloklanması qlobal internetin parçalanma prosesini sürətləndirə bilər
TikTok-un ABŞ-da bloklanması qlobal internetin parçalanma prosesini sürətləndirə bilər
Dünya güclərinin qarşıdurmaları fonunda mütəxəssislər qlobal internetin parçalanmasına və ayrı-ayrı ölkələrin rəqəmsal izolyasiyasına dair narahatedici tendensiyanı müşahidə edirlər.
TikTok əməkdaşları ABŞ dövlət sərhədində ciddi yoxlanışa məruz qalıblar
TikTok əməkdaşları ABŞ dövlət sərhədində ciddi yoxlanışa məruz qalıblar
ABŞ hökumətinin TikTok-a qarşı olan təzyiqinin fonunda bu məşhur sosial platformanın əməkdaşları ABŞ dövlət sərhədində ciddi yoxlanışa məruz qalıblar.
TikTok Avropada da bloklana bilər
TikTok Avropada da bloklana bilər
Keçən həftə ABŞ prezidenti Joe Biden öz ölkəsinin ərazisində TikTok-un bloklanmasına dair qanun layihəsini imzaladı.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!